backend

Türkiyədə vətəndaş müharibəsi ...- Üç ay əvvəl xəbərdarlıq edilmişdi - VİDEO

Türkiyədə vətəndaş müharibəsi ...- Üç ay əvvəl xəbərdarlıq edilmişdi - VİDEOPrezident üsul-idarəsinin tətbiqini nəzərdə tutan Konstitusiyaya dəyişikliklər üzrə qanun layihəsinin müzakirələri başlamadan Cümhuriyyət Xalq Partiyası (CHP) təxribatlara başlayıb.
Publika.az “Haber7” saytına istinadən xəbər verir ki, dəyişikliklərə etiraz etmək üçün CHP-nin çağırışı ilə Güvenparkda toplanan qrup Türkiyə Böyük Millət Məclisinin (TBMM) binası istiqamətində yürüş etmək istəyib.
Lakin polis aksiyaçılara müdaxilə edib. Məlumata görə, qrupun içində qeyri-qanuni sol təşkilatlara mənsub şəxslər də var.
“Haber7” yazıb ki, parlament binasının ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib. Binanın ətrafında xüsusi təyinatlılar yerləşdirilib.
Qeyd edək ki, bu gün Konstitusiyanın 18 maddəsinə dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin parlamentdə müzakirəsi başlayır. Konstitusiya dəyişikliklərini Milliyyətçi Hərəkat Partiyası (MHP) dəstəkləyir, CHP ilə Xalqların Demokratik Partiyası (HDP) qarşı çıxır.
Xatırladaq ki, (CHP) sədri Kamal Kılıcdaroğlu oktyabr ayının sonunda “Habertürk” telekanalının efirində hökuməti vətəndaş müharibəsi ilə təhdid edib.
“Ərdoğanla problemimiz yoxdur, amma prezident üsul-idarəçiliyi olsa, Türkiyə bölünər.Türkiyəni atəşə atmaq, bölünmə nöqtəsinə gətirmək istəyirlərsə “bəli” səsini verə bilərlər. Türkiyə bölünə bilər. Siyasi quruluş tamamilə dəyişəcək. Biz Türkiyənin birliyi və bütövlüyünü düşünürük. Bizim hakimiyyətlə problemimiz yoxdur. Xalq bu ölkənin birliyini, bütövlüyünü, gələcəyini düşünməzmi? Türkiyənin gələcəyini əhəmiyyət verən hər kəs oturub düşünməlidir. Xalq vətəndaş müharibəsinin, yoxsa sülhün tərəfdarıdır?” – deyə partiya sədri söyləyib.
Türkiyə Ədalət və İnkişaf Partiyasının (AKP) Konstitusiyaya təklif etdiyi dəyişikliklər parlamentin Konstitusiya Komissiyasında dekabbrın 30-da qəbul edilib. Konstitusiyanın 18 maddəsində dəyişiklik ediləcək. Daha əvvəl Konstitusiyanın 21 maddəsində dəyişiklik təklif edilsə də, sonradan onların sayı 18-ə endirilib.
Dəyişikliklərə əsasən, TBMM-də millət vəkillərinin sayı 550-dən 600-ə çıxarılacaq. Millət vəkili seçilməsi üçün qoyulan yaş senzi 25-dən 18-ə endiriləcək. Parlament və prezident seçkiləri 5 ildən bir eyni gündə keçiriləcək.
Dəyişikliklər üzrə qanun layihəsinə ən az 330 millət vəkili səs versə, referendum aprelin 2-si, yaxud da 23-ü keçiriləcək. TBMM-də müzakirələrin yanvarın 24-nə kimi davam etməsi gözlənilir.