backend

KÜBAR OĞURLUQ: “Narmobile” 6 gün ərzində müştərilərin 300.000 manat pulunu necə oğurladı..? - SƏS YAZISI

KÜBAR OĞURLUQ: “Narmobile” 6 gün ərzində müştərilərin 300.000 manat pulunu necə oğurladı..? - SƏS YAZISI

Nar mobil operatoru Azərbaycan xalqının “ CİBİNƏ NECƏ GİRİR ”

Vətəndaşların kütləvi müraciətinə əsasən sorğu aparmaq qərarına gəldik. Apardığımız sorğu nəticəsində vətəndaşlar bildirirlər ki, müştərinin istəyindən asılı olmayaraq ( xəbəri olmadan ) Narmobile onların nömrəsində “Günlük internet paketi” aktivləşdirib. Belə ki, Narmobile bu xidmət adı altında gün ərzində müştərinin balansından 5 qəpik çıxır və əvəzində 30 mb internet paketi verir. Halbuki, müştərilər var ki, gün ərzində o internet paketindən istifadə etmirlər və bəzi müştərilərində internet haqqında anlayışı yoxdur.
GPS xidmətini dəstəkləməyən sadə telefon istifadəçiləri xəbərləri olmadan operator tərəfindən qoşulduqları bu internet paketindən necə istifadə etsinlər..?

Nar operator müştəriləri onu da bildirirlər ki, balanslarından məbləğin silinməsi ilə bağlı Nar operatoruna zəng etməyə məcbur olurlar və bu zəngə görə də əlavə məbləğləri çıxılır.
Sadə bir hesablama aparsaq görərik ki, “ NARMOBİLE ” operatoru müştərilərdən icazəsiz onların cibinə girərək hansı məbləğdə “Qazanc” əldə edir. Azərbaycan əhalisinin sayının on milyondan artıq olduğunu nəzərə alaraq və eləcədə mobil operatorlar arası zəng qiymətlərinin də yüksək olduğu üçün hər kəsin iki yaxud da üç nömrə işlətdiyi üçün hesablamamızı buna uyğun apardıq.
Təxminən bir milyon adamın balansından hər gün 5 qəpik çıxıldığını nəzərə alsaq, Narmobile şirkəti müştərilərin hər gün 50.000 manat (Əlli min manat) pulunu oğurladığının şahidi olarıq.
Müştərilərin bildirdiyinə görə Narmobile operatoruna zəng zamanı bildirilib ki, 12.01.2017-ci il tarixdən bu “kompaniya” başlanılıb.
Bu gün isə ayın iyirmisidir. Keçən bu 6 gün ərzində müştərilərin 300.000 manat (Üç yüz min manat) pulu Narmobile şirkəti tərəfindən oğurlanıb.

XeberBiz.az mövzu ilə bağlı səs yazısını təqdim edir.