backend

Təcili!!! AZƏRBAYCANDA DÖVLƏT CEVRİLİŞİ: Qərb kimləri görəvləndirib? - PARTİYA SƏDRİNDƏN MÜTHİŞ ACIQLAMA

Təcili!!! AZƏRBAYCANDA DÖVLƏT CEVRİLİŞİ: Qərb kimləri görəvləndirib? - PARTİYA SƏDRİNDƏN MÜTHİŞ ACIQLAMA

O, istər ölkə xaricində, istərsə də daxildə bəzi separatçı qüvvələrlə birləşib, Azərbaycana xəyanət etməkdən ötrü böyük bir kapital buraxıb

Bu sözləri Politika.Az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

Siyasətçinin sözlərinə görə, uzun müddət həbsdə olmuş bu şəxs Azərbaycana qarşı çirkin plan hazırlayıb:

“Söhbət ondan gedir ki, bu gün Azərbaycanda vəziyyəti gərginləşdirmək istəyən qüvvələr var. Onlardan biri də vaxtilə həbs olunmuş, keçmiş iqtisadi inkişaf naziri Fərhad Əliyevdir.

İndi bu şəxs yenidən Azərbaycana qayıdıb və hərəkətə keçib. O, istər ölkə xaricində, istərsə də daxildə bəzi separatçı qüvvələrlə birləşib, Azərbaycana xəyanət etməkdən ötrü böyük bir kapital buraxıb. Bu gün təsəvvür edin ki, bir vaxtlar ölkədə dövlətə xəyanətlə tutulmuş bir insan yenidən Azərbaycanda bəzi məmurların tapşırığı ilə Sumqayıtda böyük bir yağ zavodu tikdirib”.

Hafiz Hacıyevin sözlərinə görə, Fərhad Əliyev rüşvət müqabilində öz adamlarını strateji vəzifələrə yerləşdirir:

“Fərhad Əliyev Azərbaycanda çevriliş etmək üçün Qərbin müəyyən dairələri ilə çox sıx əlaqə qurub. Bu təmaslar çərçivəsində, Cəmil Həsənli ilə xaricdə görüşüb plan cızıblar. Onlar xaricdən ölkəyə pul buraxmaqla rüşvətxor məmurları ələ alıb bir növ FETÖ rolunda – vəzifələri pulla alaraq ölkənin strateji nöqtələrində öz kadrlarını yerləşdirməyə çalışırlar.

Artıq Fərhad Əliyev Azərbaycandadır və böyük miqdarda pullar xərcləyir. Vaxtilə Kərimov Əli və Həsənli Cəmillə iş birliyi edən adam faktiki Bakıdadır. Onu İçərşəhərdə olan ofisinə geri qaytarıblar və o, Azərbaycanda çevriliş etmək üçün Qərbdən aldığı tapşırığı çox asanlıqla yerinə yetirir”.

F.Əliyevin Qərbin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etdiyini deyən partiya sədri xalqı birləşməyə çağırıb:

“Bizə məlumdir ki, Qərbin kəşfiyyat xidmətləri ilə əlaqə quraraq ona çox böyük vəsait ayrılıb və bu vəsaitin bir hissəsini isə “Turan” televiziyasına ötürülür. O telekanal da Azərbaycanın, Prezident İlham ƏIliyevin əksinə təbliğat aparır.

Bu gün hakimiyyətin daxilində İlham Əliyevi devirmək üçün Fərhad Əliyevə yardım edən adam var. Biz bu adamı tanıyırıq və Fərhad Əliyevin aprel-may aylarında Azərbaycanda planlaşdırdığı əməlləri çıxarıb ortaya qoyacağıq.

Ona görə də bu gün dövlətçiliyi qorumaqdan ötrü bütün xalq birləşməlidir. Biz Azərbaycan hakimiyyətinin başındakı pula satılmış, mənəviyyatını itirmiş şəxsiyyətsiz adamlarla Fərhad Əliyevin birləşməsi ortaya qoyulmalıdır və Azərbaycanı bu çətinlikdən çıxarmaqdan ötrü hamı bir yerdə olmalıdır.

Düşünürəm ki, həm media, həm də biz siyasətçilər bu işin axırına çıxacaq. Mən yaxın günlərdə bu barədə böyük açıqlama verəcəm. Fərhad Əliyevin İlham Əliyevə necə xəyanət etdiyini Strasburqda və Almaniyada hansı dairələrlə görüşdüyünü və Bakıda oliqarx bir şəxsə, “Mən yenidən öz vəzifəmə - prezidentliyə gəlirəm. Narahat olmayın, hakimiyyət daxilində bəzi şəxslərlə işləyəcəm”, dediyini bilirəm. Onun səs yazısı prezidentin stolunun üstünə qoyulacaq”.


Qaynarxett.az