backend

ATV Sergey Lavrova haqq qazandıran Turana yeni vəzifə verdi: Departament rəhbəri (VİDEO)

ATV Sergey Lavrova haqq qazandıran Turana yeni vəzifə verdi: Departament rəhbəri (VİDEO)















ATV telekanalında yeni şöbə yaradılıb.

Kanalın prezidenti Vüqar Qaradağlı ictimai-siyasi məsələlər və ictimaiyyətlə əlaqələr departamentini yaradıb və bu departamenti "ATV Səhər” layihəsinin rəhbəri və aparıcısı Turan İbrahimova həvalə edib.

Sosial şəbəkələrdə isə aparıcının bu vəzifəyə Rusiya ilə bağlı səsləndirdiyi müsbət fikirlərdən sonra gətirildiyi iddia edilib. Belə ki, bir müddət öncə "Lider" televiziyasının müxbiri Anar Həsənovun Rusiyanın Xarici İşlər Naziri Sergey Lavrova verdiyi sualdan sonra, nazirin "Qarabağ məsələsi Azərbaycanın daxili məsələsi deyil" ifadəsini işlətməsi gərginliyə səbəb olmuşdu. Bu açıqlamadan sonra "Lider" televiziyası öz işçisini işdən çıxarsa da, ATV kanalı sərt sujet yayımlayaraq Rusiyanı kəskin tənqid etmişdi.

Bu tənqidi sujetin yayımlanmasından sonra Turan İbrahimovun "ATV Səhər "verilişində Rusiya lehinə fikirlər səsləndirilmişdi. Aparıcı Rusiyanın Xarici İşlər Nazirinə verdiyi cavaba görə haqq qazandırmışdı.