backend

XALQ NƏ HAYDA, HARNLAMIŞ MƏMUR ÖVLADLARI İSƏ... - HESAB SORULACAQ!!!

XALQ NƏ HAYDA, HARNLAMIŞ MƏMUR ÖVLADLARI İSƏ... - HESAB SORULACAQ!!!

Bakıdakı məmurların büdcədən taladıqları pullarla öz övladlarına yaratdıqları imkanlar hamımıza məlumdur. Onlar hər biri ən azı 50-60 min manatlıq lüks avtomobilləri sürür, yolda olanda kimsəni veclərinə almır, özlərini əhalinin tam əksəriyyətindən dəfələrlə üstün sayırlar.Gecənin bir aləmində Bakı yollarının drift və "strit-reysinq" arenalarına döndərən, "Kimin maşını daha sürətlidir, kim daha usta sürücüdür?" suallarına cavab arayaraq avtomobillərini çox böyük sürətlə sürən, şütüyən bu gənclərin təşəxxüsü özlərindən dəfələrlə böyükdür.Məmur övladlarının sosial şəbəkələrdəki profillərində yaydıqları fotolara, videolara baxmaq bu gənclərin ağır psixoloji problemlərə və komplekslərə düçar olduğunu anlamağa yetər.Belələri bahalı avtomobillərinin içində özlərini, çölündə başqalarını çəkərək İnstagram-da, Facebook-da yayırlar və sonra da əməllərindən bəhs olunan kimi profillərini bağlayırlar.

Böyük Fransız İnqilabından sonra varlanmış meşşanlar özlərini "nuvoriş" adlandırmağa başladılar. Onların övladları isə "qızıl gənclik" idi. Bu gənclərin yaşamda əsas məqsədləri, amalları həyatdan kam almaqdı.

Dahi fransız aktyor Talma yazırdı: "Bu insanlar barədə ikrahla bəhs etməmək mümkün deyil. Onlar son dəblə geyinir, ən bahalı karetalardan istifadə edirlər. Saç düzümləri, davranışları, danışıqları ilə hamıdan fərqlənmək istəyirdilər. Halbuki bu gəncləri pulu az olan yaşıdlarından fərqləndirən yeganə "üstün cəhət" onların pullu ataların övladları olmalarıydı".

"The Times" belə gəncləri valideynlərinin ümidlərini doğruldacaq insanlar yox, psixoloji reabilitasiya mərkəzlərinin potensial müştəriləri adlandırırdı.Haradandır o pullar?Son vaxtlar mediada məmur övladlarının bahalı avtomobilləri və bu gənclərin harın hərəkətləri ilə bağlı çox sayda informasiyalar, yazılar, şərhlər dərc olunur.

Əslində isə o maşınların alındığı pulların məbləği yox, mənşəyi maraqlıdır.

Həmin maşınlar üçün ödənmiş məbləğlərə gəldikdə isə, məmurların açıqlamaları çox sadəlövh insanlara hesablanmış sözlər təsiri bağışlayır.

"Oğlum iş adamıdır, özü alıb", "Bu avtomobil kreditlə alınıb" və s.

Bahalı maşının sahibi iş adamıdırsa, avtomobili satın almağa imkan verən gəlir mənbəyi olan şirkətin maliyyə fəaliyyəti, məsrəf və mədaxili yoxlanılırmı?

Vergilərdən yayınmağın digər yolu o avtomobillərin kağız üzərindəki şirkətlərin balansına alınmasıdır. Belədə məmurövladı sadəcə, balansdakı avtomobili etibarnamə ilə idarəedir və sənədlərə görə, "sadəcə, maaşla dolanan adi vətəndaş"dır.Digər yol avtomobilin kreditlə alınmasıdır. Lakin Azərbaycan Mərkəzi Bankının təlimat və göstərişlərinə əsaslanan kommersiya banklarının avtomobil krediti verərkən müəyyən etdikləri ilkin ödənişlərin məbləğlərini nəzərə alsaq, yenədə "mübhəm"mənzərə alınır.Axı "adi vətəndaş" heç bir halda vergi bəyannaməsindəgöstərilməmiş 60 və ya 80 min dolları ilkinödəniş kimi banka vermək imkanında deyil.

Nədən bu "ilkinödəniş"lərin mənşəyi, o pulların əldə olunma yolları araşdırılmır

Saya bilməyənlərin qanunu saymamaları xeyli gülüncdür.

Əldə etdiyimiz məlumatlara görə, hazırda Bakıda 18-27 yaş arasında 173 gənc "bahalımaşın sahibləri"adlandırıla biləcək zümrə sayıla bilər. Bu gənclərin hər birinin minimum 60-70 min dəyərində bir,bəzi hallarda isə bir neçə avtomobili var

Beləgənclar arasında"nüfuzlu nömrə"dən bir yox,bir neçəsinin alınaraq maşınlara vurulması dəbi var. Özü də 3-4 maşında eyni nömrə də ola bilər.

Özlərini"qızıl gənclər"sayan bu şəxslər qanunlarla yanaşı,yoldakı insanlara da əsla məhəl qoymurlar.

Yol Polisi isə deyir: "Bir nömrə nişanının eyni zamanda birdən artıq avtomobildə istifadəsi mümkün deyil, bu tamamıilə qanunsuzdur. Əgər elə birşey aşkarlanarsa, həmin vətəndaş 60 manat məbləğindəcərimə ediləcək və 4 bal yazılacaq".60min manatlıq avtomobil sürən üçün 60 manatlıq cərimə, yəqin, çox, amma çox böyük məbləğdir.Onlar"qızıl gənclik"sayılırlar, amma əslindəo qızıl paslıdəmirin üstündəki çox nazik qatdır ki, hələlik bərq vurur.