backend

Əli Nasirin məzarındakı baş daşına qondarma “Talış Muğan Respublikası”nın “bayrağı” taxıldı – Foto

Əli Nasirin  məzarındakı baş daşına qondarma “Talış  Muğan Respublikası”nın “bayrağı” taxıldı – Foto

Sosial şəbəkələrdə bir neçə gün bundan əvvəl rəhmətə gedən şair Əli Nasirin məzarının fotoları paylaşılıb. Həmin fotolardan birində məzardakı baş daşının yerində üç rəngdən ibarət parçanın qoyulduğu və qəbrin başında bir neçə nəfərin dua etdiyi öz əksini tapıb. Hiss edilir ki, həmin “bayraq” hansısa simvolikanı ifadə edir. Məzardakı parçanın hansı mənanı ifadə etməsilə bağlı ekspertlərə müraciət etdik. Siyasi şərhçi Azər Həsrət Azinforum .az-a açıqlamasında bildirdi ki, məzarın başına qoyulan “bayraq” Əlikram Hübətovun icad etdiyi bez parçasıdır, onu ora qoyub dua edənlər də separatçılardır:
“Ümid edirəm ki, DTX vaxt itirmədən tədbir görəcək. Onların bu əməli Azərbaycan uğrunda can qoymuş talışların özlərinə belə təhqirdir. Ölünün arxasınca danışmazlar. Amma bu bez parçasını gözümüzə dürtənlərə də cavab vermədən keçə bilmərik. Bu adamlar Azərbaycanın havasını udur, amma Vətənə arxadan zərbə vurur. Guya talışların özünüdərki üçün çalışırlar. Halbuki onların əməlləri bölücülük və xəyanət olmaqla bu dövlətə sədaqətilə seçilən talış qardaşlarımızın kürəyinə saplanan bıçaqdır”.

Əli Nasirin  məzarındakı baş daşına qondarma “Talış  Muğan Respublikası”nın “bayrağı” taxıldı – Foto


Qaynarxett.az