backend

“Azərsu”nun su oyunu: Abşeronda dözülməz vəziyyət yaranıb

“Azərsu”nun su oyunu: Abşeronda dözülməz vəziyyət yaranıb

























“Pulla aldığımız suyu da oğurlayırlar. Quldurlar!”



Abşeron rayonu, Mehdiabad qəsəbəsi, Asif Ağakişiyev küçəsində vətəndaşların suyla təminatında fasilələr yaranıb. Bu barədə AzNews.az-a sözügedən qəsəbənin sakini, tanınmış jurnalist Ceyhun Musaoğlu məlumat verib.





“Azərsu”nun su oyunu: Abşeronda dözülməz vəziyyət yaranıb































Həmkarımızın bildirdiyinə görə, mənzilindəki smart sayğaca 50 manat yükləyib, amma buna baxmayaraq həftədə cəmi iki dəfə sudan istifadə edə bilir: “Suya nəzarət edən adam ana xəttin qabağında əjdahaya dönüb. Deyir, həftədə iki dəfə su verəcəm. Müqaviləni göstərirəm. Orda yazılıb: "Müəssisə abonenti təlabatına uyğun içməli su ilə təmin edir və tullantı sularının fasiləsiz qəbulunu həyata keçirir". Jurnalist bildirir ki, yaşadığı ərazidə kanalizasiya sistemi yoxdur və müqavilədə qeyd olunduğu kimi tullantı suları nəinki fasiləsiz həyata keçir, ümumiyyətlə həyata keçmir: “İkincisi, hər bir şəxsin içməli suya olan tələbatı Nazirlər Kabinetinin qərarı ilə müəyyənləşir. Həftədə iki dəfə verilən su bu tələbatın mindən biri deyil. Nə olardı məhkəmələr mülki məsələlərdə tərəf tutmazdı, obyektiv olardı. İndi verərdim Abşeron Su Təchizatı İdarəsini məhkəməyə, 100 min manatı yükləyərdilər bellərinə, qələt eləyib bir də camaatın suyunu oğurlamazdılar. Quldurlar! Təsəvvür edin, pul verib bazardan su almışam, suyu mənə satan alverçi hövlnak evimə soxulub deyir ki, olmaz, suyu işlətmə. Bədbəxtlər! Mağara uşaqları!”

AzNews.az məsələ ilə bağlı qarşı tərəfin də mövqeyini öyrənib.



“Azərsu”nun su oyunu: Abşeronda dözülməz vəziyyət yaranıb

























"Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr departamentinin rəisi Anar Cəbrayıllı saytımıza açıqlamasında məsələdən xəbərdar olduğunu və bu barədə Ceyhun Musaoğluyla söhbət etdiyini bildirib. Departament rəisinin sözlərinə görə, mövcud vəziyyətin yaranması Mehdiabad qəsəbəsini su ilə təmin edən Ceyranbatan-Qala su xəttində abunəçilərin sayının artmasıyla bağlıdır: “Ötən ilin yayında Ceyranbatan-Qala xəttini istismara verdik. Həmin vaxt kifayət qədər su ehtiyatımız olduğundan Mehdiabad ərazisi su ilə 24 saat təmin olunurdu. Amma bu il həmin Şüvəlan, Qala, Şağan qəsəbələri də qoşuldu və abunəçilərin sayı artdı. Yay aylarında camaat bağlara köçdüyünə görə tələbat dəfələrlə çoxalır. Ona görə məcbur olduq hamını su ilə təmin etmək üçün qrafikli rejimə keçək. O cümlədən Mehdiabad ərazisinə də yayda tələbatın artdığı dövrdə 24 saat su verməyə texniki imkanlarımız yoxdur. Əhmədli qəsəbəsindəkilər də smart karta 50 manat yükləyib, Yasamal sakinləri də. Amma Yasamaldakı vətəndaş gündə dörd, Əhmədlidəki cəmi bir saat su alır. Bu sırf texniki imkanlara bağlı olan məsələdir”.

A.Cəbrayıllı problemin həll olunacağı tarixi də açıqlayıb. Onun sözlərinə görə, bu ildən Ceyranbatanda sutəmziləyici qurğu istismara veriləcək: “Gələn il bütün mövsümlərdə 24 saatlıq rejimi bərpa edə biləcəyik. Sentyabr-oktyabr aylarından isə problem qismən aradan qalxacaq”.