backend

Elzadan Sevgililər günü şeiri: "Soyunsun mənim kimi"

Elzadan Sevgililər günü şeiri: "Soyunsun mənim kimi"











Əməkdar artist Elza Seyidcahan Sevgililər Günü ilə bağlı şeir yazıb.

Hər zanam yazdığı şeirləri ilə də gündəmə gələn müğənni, bu dəfə də ənənəsinə sadiq qalaraq, Sevgililər gününə aid şeir yazıb.

Müğənninin sosial şəbəkədə yaydığı şeri təqdim edir:

Sevgililər Günündə
Bilirəm ki, sevirsən.
Nə olsun...
Mən ki səni sevirəm.
Qoy olsun.
Qoy dolsun.
Səndə olan çiçəklər
Mənə çatmaz.
Qoy solsun.
Soyunsun.
Mənim kimi,
Sənin kimi.
Sevgililər sevinsin
Gülüm kimi,
Ətirim kimi
Çox olsun.
Toy olsun.
Mən ki səni sevmirəm?
Qoy olsun.