backend

Bir deputat həbs olundu - Namaz qıldıqdan sonra təslim oldu..

Bir deputat həbs olundu - Namaz qıldıqdan sonra təslim oldu..














Bu gün axşam saatlarında Türkiyəli deputat həbs olunub

Politika.Az-ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, PKK terror təşkilatına dəstək verməkdə ittiham olunan HDP-li deputatın işi prokurorluq tərəfindən məhkəməyə təqdim olunsa da, Mehmet Əli Aslan ötən ildən davam edən heç bir məhkəməsinə qatılmayıb. Sonda isə məhkəmə onun haqda həbs qərarı verib.

Polislər deputatın yaşadığı evə gələrək barəsində olan həbs orderini deputata təqdim ediblər. Mehmet Əli Aslan polislərdən evində namaz qılmağa icazə alaraq namazını qıldıqdan sonra polislərə təslim olub. Qeyd edək ki, hazırda HDP-nin rəhbərliyində təmsil olunan 16 millət vəkili həbs həyatı yaşayır.


Bir deputat həbs olundu - Namaz qıldıqdan sonra təslim oldu..