backend

“Boeing-777” dəhşəti: cəsəd 10 min metrdən evin içinə düşüb

“Boeing-777” dəhşəti: cəsəd 10 min metrdən evin içinə düşüb

Malayziya təyyarəsinin sərnişinlərinin cəsədləri 10 min metr hündürlükdən Snejnoye qəsəbəsində evlərin damını deşərək içəri düşüb.


Ukraynanın Donetsk vilayətində raketlə vurulan Malayziya təyyarəsinin sərnişinlərinin cəsədləri 10 min metr hündürlükdən Snejnoye qəsəbəsində evlərin damını deşərək içəri düşüb.
Virtualaz.org saytı xarici KİV-lərə istinadən xəbər verir ki, şahidlər bu dəhşətli faciənin yeni detalları barədə məlumatlar verirlər.

“Boeing-777” dəhşəti: cəsəd 10 min metrdən evin içinə düşüb

Snejnoye qəsəbəsinin sakini İrina Tipunova hadisəni belə nəql edir: “Dəhşətli partlayış səsi eşitdim, ətrafdakı hər şey aşmağa, silkələnməyə başladı. Ardınca göydən nələrinsə yağdığını gördüm. Bir neçə saniyə sonra qorxunc səs gəldi və yataq otağının tavanından içəri qadın cəsədi düşdü. Tavanda böyük dəlik yarandı”.
Qadın danışıb ki, cəsəd içəri düşməzdən əvvəl dəhşətli insan qışqırığı eşidib.
Ola bilsin ki, cəsədi Tipunovanın evinə düşən qadın sərnişin zərblə evin damına dəyənə qədər sağ olub. Ehtimal edilir ki, təyyarə 10 min metr hündürlükdə raket zərbəsi ilə partlayanda sərnişinlərin bir çoxu həmin an həlak olub, qalanları isə parça-parça olan təyyarədən sağ olaraq yerə səpələniblər və yerə dəyərək ölüblər.
Təyyarəni vuran “Buk-M1” raketinin döyüş başlığı böyük dağıdıcı gücə malikdir və onlarla kiloqram ağırlığındadır.
Qəsəbənin başqa sakinlərinin də evlərinə göydən cəsəd yağdığı bildirilir. Cəsədlər bir çoxlarının həyətinə, evlərinin damına, pilləkənlərin üstünə və həyətdəki meyvə ağaclarının üstünə düşüb. Həmçinin salamat cəsədlərlə yanaşı cəsəd parçaları da qəsəbə boyu səpələnib.

“Boeing-777” dəhşəti: cəsəd 10 min metrdən evin içinə düşüb

“Fox News” telekanalının şahidlərə istinadən verdiyi xəbərə görə, Snejnoye küçələrində işıq dirəklərindən və ağaclardan asılı qalan cəsəd parçaları, insanların daxili orqanları indi də qalmaqdadır.
Donetsk vilayət administrasiyası sədrinin müşaviri Konstantin Batozksi isə xəbər verib ki, bu gün səhər separatçılar təyyarənin düşdüyü yerə ağır kranlar və yük maşınları gətiriblər. Təyyarənin salamat qalan parçaları kranlarla maşınlara yüklənib və naməlum istiqamətə aparılıb.

“Boeing-777” dəhşəti: cəsəd 10 min metrdən evin içinə düşüb

Həmçinin separatçılar gecə saatlarında hadisə yerindən 37 cəsəd aparıblar, cəsədlər məhkəmə tibbi-ekspertiza bürosundadır və həkimlər maskalı şəxslərin müşayiəti altında işləyir.
Bu xəbərlərin ardınca Ukrayna XİN bəyan edib ki, separatçılar Rusiyanın dəstəyi ilə bu beynəlxalq cinayətə dair dəlilləri məhv etməyə çalışır.
“Biz beynəlxalq ictimaiyyətə müraciət edərək Rusiyanı öz terrorçularını geri çəkməyə, beynəlxalq ekspertlərə faciəni hərtərəfli araşdırmağa imkan yaratmağa çağırırıq” - deyə bəyanatda bildirilir.