backend

Gürcüstandakı bələdiyyə seçkilərində demokratiya fəsadları iddiaları...

Gürcüstandakı bələdiyyə seçkilərində demokratiya fəsadları iddiaları...

Cənubi Qafqazın demokratiya qalası keçmiş dönəmlərinəmi qayıdır...?



Gürcüstan Saakaşvili dönəmindən sonra da demokratiyanın növbəti kataklizmlərini yaşamaqdadır. Belə ki, İvanişvili siyasətinin təntənəsinə çalışan bəzi ziyalılar öncə hökumətin xahişi ilə müəyyən ciddi görəvlərə təyin olunsa da, sonra işgüzar mafiyaların təzyiqi ilə işdən alınıb, sonra məhkəmələrə baş vurmalı olublar. Belə haqsızlıqla üzləşən ziyalılardan biri də Gürcüstan dövlətçiliyinə xidmət,ölkənin ərazi bütövlüyünə sədaqət, Gürcüstanda yaşayan digər xalqlarla mehriban, sülhsevər daxili siyasət xəttini öz fəaliyyətində rəhbər tutan tarix elmləri doktoru, professor Gela Xuçişvilidir. Belə ki, hökumətin təkidi ilə Qardabaniyə prefekt vəzifəsinə təyin edilmiş, çox da uzun sürməyən müddətdən sonra azad olunub. Nəticədə işgüzar imicinə zərbə dəydiyini hiss edən professor Gela Xuçişvili məhkəməyə baş vurub...
Gürcüstanda özgürlük eyforiyasının digər dalğası orada iyunda keçirilən bələdiyyə seçkilərinin nəticələrində də özünü göstərdi. Belə ki, iqtidardakı gürcü millətçilərinin yerli türklərə qarşı sayğısız davranış və siyasətlərindən təngə gələrək, öz soydaşlarının haqlarını cəsarətlə müdafiə edən və bu səbəbdən borçalıların muxtariyyət tələbi irəli sürə biləcəyini gündəmə gətirən və bunun üçün də həbs olunan Qardabani rayon icra hakiminin müavini Telman Həsənova öz həmyerliləri son bələdiyyə seçkilərində cəmi 6,7% səs veriblər. Yerli sakinlərin əməkdaşımıza bildirdiyinə görə, hətta gürcülər belə yerli azərbaycanlıların bu qərarına təccüblənərək, Telman müəllimə qarşı haqsız davrandıqları üçün onları qınayıblar.
Adının çəkilməsini istəməyən qarayazılı bir bələdiyyə üzvlüyünə namizəd isə Moderator.az-ın əməkdaşıyla söhbətində bildirdi ki, son bələdiyyə seçkilərində xalqa, demokratiyaya xidmət meyarlarından daha çox Gürcüstanda “işbazlıq”, “işgüzarlıq” və şəxsi maraqların fərasətlə nəzərə alınması seçkilərin yuxarıda ifadə olunduğu kimi qəribə şəkildə nəticələnməsinə səbəb olub.