backend

Bizdə də Parisdəki camaat olsa

Bizdə də Parisdəki camaat olsa


1912-ci ildə Paris səfərindən qayıdan H. Z. Tağıyevın “Bakı” qəzetinin müxbirinə belə bir əhvalat danışdığı nəql edilir:
- Parisdə faytonda gedirdim, qabaqda mənə sağa burulmaq lazımıydı. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə kürəyinə toxunub dedim: “Sağa dön.” Nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə qışqırmağa başladı. “Ona nə oldu?” – deyə mən mütərcimdən soruşdum”. Mürtəcim dedi: “O, qəzəblənib deyir ki, nə cəsarətlə siz çətirlə onun kürəyinə toxunmusuz? Bununla onu təhqir etmisiz.”
Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm… Bizdə əgər pulun, vəzifən varsa isdəyirsən lap adamın belinə min sür, dəxli yoxdur, o yenə sənə səcdə eləyəcək. Bizdə də Parisdəki kimi camaat olandan sonra başqa həyat olacaq.