backend

Qazax yol polisləri tərəfindən incidilən hərbi əlil prezidentə müraciət edir

Qazax yol polisləri tərəfindən incidilən hərbi əlil prezidentə müraciət edir

"Qazax rayon yol polis müfətişi çavuş rütbəsində Aydın adlı şəxs polis peşəsinə hörmətsizlik edərək, polisləri nüfüzdan salmaqla məşğuldur"


Bolgexeber.com-un elektron poçtuna Mürşüdov Tural Müştab oğlu tərəfindən yol polisinin özbaşınalığından bəhs edən, prezidentə və dövlət orqanlarının rəhbərlərinə ünvanlanmış şikayət məktubu daxil olmuşdur.
Məktubu olduğu kimi təqdim edirik:


AZƏRBAYCAN RESPUBLİKASININ PREZİDENTİ
CƏNAB İLHAM ƏLİYEVƏ.
SÜRƏTİ :
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENT APARATININ RƏHBƏRİ.
CƏNAB RAMİZ MEHTİYEVƏ.

AZƏRBAYCAN RESPUBLİKASI BAŞ NAZİRİ.
CƏNAB ARTUR RASİ-ZADƏYƏ.

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİN SƏDRİ.
CƏNAB OKTAY ƏSƏDOVA.

AZƏRBAYCAN RESPUBLİKASI DAXİLİ İŞLƏR NAZİRİ.
CƏNAB GENERAL POLKOVNİK RAMİL USUBOVA.


Qazax rayon, Ağköynək kəndində yaşayan 2-ci qrup hərbi əlil, ehtiyatda olan gizir Mürşüdov Tural Müştab oğlu tərəfindən

Şikayət ərizəsi



Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Məlumat üçün Sizə bildirmək istəyirəm ki, mən 7 il Azərbaycan Respublikasının müdafiəsi uğrunda bir çox hərbi hissələrdə, düşmənlə təmas ərazilərdə müxtəlif vəzifələrdə xidmət etmişəm. 2011-ci ildə xəstəliyimlə əlaqədar əmək qabiliyyətimi itirərək, əlil olmuşam. İşləyə bilməmişəm. Hal-hazırda yaşayış tərzim çox pisdir, ailəmi dolandıra bilmirəm. Atam rəhmətə gedib, himayəmdə iki azyaşlı uşaq, qoça anam və həyat yoldaşım var.
Bütün bunlara baxmayaraq, Qazax rayon yol polis müfətişi çavuş rütbəsində Aydın adlı şəxs polis peşəsinə hörmətsizlik edərək, polisləri nüfüzdan salmaqla məşğuldur, belə ki Ali Baş Komandanın polis orqanları qarşısında qoyduğu tapşırığı yerinə yetirmir. Məndən bundan öncə müəyyən bəhanələrlə bir neçə dəfə qanunsuz olaraq maşınımı saxlayıb, 150 manatadək pulumu mənimsəyib, buna baxmayaraq 20.07.2014-cü il tarixdə yenə mən ailəmlə bacımgildən gələrkən, qanunsuz olaraq mənim maşınımı saxlayıb, sənədlərimi əlimdən almışdır, bu dəfə mən hərbi əlil məcbur qalıb, dözmətyərək, Sizə- ölkə başçısına müraciət edirəm və mənə kömək edəcəyinizə inanıram.

Onu da qeyd etmək istəyirəm ki, əlilə belə münasibət olmaz, ümüdüm Sizədir cənab Prezident, mənə kömək edin. Başqa ümüd yerim yoxdur.

Hörmətli Prezident, cənab Ali Baş Komandan !

Sizdən xahiş edirəm ki, 7 ildən çox hərbi xidmətimi, hərbi əlil olmağımı, əmək qabiliyətini itirməyimi, yaşayış tərzimin qeyri qənaətbəxş olmağımı nəzərə alaraq, mənə hörmətsizlik edən, qanun tələblərin icra etməyən Qazax rayon yol polis müfəttişi çavuş rütbəsində olan Aydın adlı şəxs barəsində ciddi tədbir görəsiniz, onun polis orqanlarının adına ləkə gətirdiyi üçün tez bir zamanda polis orqanlarından uzaqlaşdırılmasına müvafiq göstəriş verəsiniz. Bu kimi polis orqanlarının adına ləkə gətirənlərin belə şərəfli dövlət orqanında yeri yoxdur.
Azərbaycan Respublikasının bir keçmiş hərbiçisi və hərbi əlil olmağıma görə, yuxarıda qeyd ediklərimi tam şəkildə nəzərə alıb mənə kömək edəcəyinizə inanıram.
20.07.2014-cü il.
İmza:Mürşüdov Tural Müştab oğlu
qaynarxett.az