backend

TƏCİLİ: BakuNews.az-ın rəhbəri OD PÜSKÜRDÜ: "Qanunsuzluğa görə, bu gün bizlər deyil Antalya Mehman həbs olunmalıdır."

TƏCİLİ: BakuNews.az-ın rəhbəri OD PÜSKÜRDÜ: "Qanunsuzluğa görə, bu gün bizlər deyil Antalya Mehman həbs olunmalıdır."

Fikrət Fərəməzoğlunun işi ilə bağlı Realliq.info-nun apardığı araşdırmalara BakuNews.az-ın təsisçisi Mirkənan Seyidov cavab olaraq bildirib ki, - mənim Fikrət Fərəməzoğlu ilə hərhansı cinayət əməllində bir yerdə suçlanmağım məntiqə ziddir və reallıqdan uzaqdır. Mən Fikrətlə birlikdə heç vaxt Antalya Mehman kimi tanınan şəxsdən rüşvət istəməyim və ya tələb etməyim absurtdur və şantajdan başqa bir şey deyildir. Fikrətlə birgə o şəxsdən rüşvət tələb etməmişik və o şəxsi heç görməmişik.

Antalya Mehmanın qanunusuz əməllərini Jam.az və digər mətbu orqanlarında ifşa olunması o demək deyil ki, bu şəxsdən kimsə qanunsuz tələbdə bulunub.

Daha sonra sayta açıqlama verən Mirkənan Seyidov Fikrət Fərəməzoğlunun Antalya Mehman ləqəbli şəxsin qanunsuz əməlləri ilə bağlı jam.az-ın baş redaktorunun apardığı araşdırmalarının məhsulu olan yazıların saytında dərc etdiyi üçün bu gün kiminsə təzyiqi ilə üzləşməsini və ya şantajla üz-üzə qalmasının səbəbini anlamadığını bildirdi. M.Seyidov onuda qeyd etdi ki, F.Fərəməzoğlu və onunla bağlı irəli sürülməyə cəhd edilən ittihamlar qanuna ziddir və kimlərinsə sifarişidir. Qanunsuzluğa görə, bu gün bizlər deyil Antalya Mehman həbs olunmalıdır.


Qaynarxett.az