backend

Türkiyədən Məmməd İsmayıl bədxahlara HAYQIRDI - "Yox bir badımcanlı!"

Türkiyədən Məmməd İsmayıl bədxahlara HAYQIRDI - "Yox bir badımcanlı!"

Dünən bir neçə deputatımız, o cümlədən də Arif Rəhimzadə İTV-nin efirində əyləşib bizə Tür yox, azərbaycanlı olduğumuzu izah etməyə çalışırdılar. Verlişin hansı müstəvidə və hansı məqsədlə hazırlnadığı barəsində danışmaq istəmirəm. Çünki bütün bunlar tamamilə başqa və çox geniş bir yazının mövzusudur. İndi yazmaq istədiyim isə milli kimliyimizlə bağlı olan bir məsələdir. Çox uzatmayıb mətləbə keçim. Veriliş bitər-bitməz kiminləsə müzakirə etmək, bəzi suallar vermək istədim. Dedim bəlkə mənim ağlım çaşıb, gerçəkdən də biz "azərbaycanlı" millətiyik, Türklükdən əsər-əlamətimiz yoxdur. Axı başbilənlərimiz, başda oturtduqlarımız, taleyimizi həvalə etdiyimiz səlahiyyət sahibləri hər vəchlə bunu sübut etməyə çalışırdılar. Ağlımdakı qəzəb dolu bu qarışıq fikirlərlə Türkiyədə yaşayan və çalışan dəyərli şairimiz, əli öpüləsi ziyalımız Məmməd İsmayıla yazdım. Və elə beləcədə soruşdum: “Axşamınız xeyir, dəyərli Məmməd İsmayıl bəy. Xahiş edirəm ki, dəyərli zamanınızı ayırıb bir sualımızı cavablandırasınız. Bizim başda oturanlarımız, millətimizin vəkilləri, başbilənlərimiz iddia edir ki, biz Türk yox, azərbaycanlıyıq. Böyüyümüz, dəyərli şairimiz, əli öpüləsi ziyalımız olaraq sizdən ürək ağrısı ilə soruşmaq istəyirəm ki, gerçəkdən də biz türk deyilik?”

Dəyərli böyüyümüzün cavabı isə belə oldu:

“Gör ölkə nə günə salınıb ki, günümüzün gəncliyinin sıradan yox, jurnalist bir xanımı da təpədən dırnağa Türk olduğunu bilə-bilə mənə “gerçəkdən də bzi Türk deyilikmi” sualıyla müraciət edir. Elə bilirəm, bu sualın cavabı bu həyəcanlı soruda gizlidir. Bu həyatın itsisini, soyuğunu yetərincə dadmamış gənc qızımızı bu sualına görə qınayaqmı? Günümüzün gəncliyi kimdən və nədən həyat təcrübəsi qazanmalıdır? Bir məmləkətin ki, deputatları, akademik və professorları durub-dururkan milli soy kökümüzlə bağlı hədyan söyləyr və bu hədyanlar da qeybət kimi qalmır, mətbuatda tirajlanır, o məclis üzvülərinin, professor və akademiklərin bu hədyanlarına iqtidar səviyyəsində tutarlı cavab verilmir, (heç tutarsız da cavab yoxdur) o zaman günmüz gəncliyi sözsüz ki, tərəddüd içində çabalayacaqdır. Çünki günümüz gəncliyi çox şeyi bilməsə də, Milli Məclisə və akademiyaya seçimlərin necə, hansı şərtlər altında keçirildiyini və saxtalaşmanın necə baş verdiyini bilməmiş deyillər. Yəni bu “seçkilərin” başında birbaşa iqtidarın özü dayanır. Məclis üzvülərinin, pofessor və akademiklərin belə hədyanlarından iqtidar mənsubları xəbərsiz deyil və hətta mən deyərdim ki, onların qarşısını almaq yerinə, dillərinə gizli-gizli dil də verilir. Mən bu hadisələrlə ilgili Fb səhifəmdə yazmışdım, təkrar olsa da deyim ki, o mәclisdә oturanların böyük bir qismi xalqın deyil, imtiyaz sahiblərinin tәyin etdiklәri adamlardır. Təbii seçim olsaydı, bir belә rәzalәt dә olmazdı.

Milli Məclisdə oturanların əksəriyyəti, Azərbaycanın özgürlüyünü istəməsi qalsın bir tərəfə, hətta onun əleyhinə səs vermiş adamlardır və bu adamlar yalnız ümummilli liderə sadiqliyinə görə “seçilib” keyf içində ömür sürürlər. Bu adamların millətin mənafeyi deyə bir dərdi yoxdur ki, milli təəssübkeşlikləri də olsun. Bu mənada ölkə nə yazıq ki, 2015 Nobel ədəbiyyaqt ödülünün sahibi Svetlana Aslekseyeviç demişkәn “ikinci əl zamanını” yaşmaqda davam edir. Yadında varsa, bir şerimdә belә misralar vardı:

Nә günә qoydular torpağı, daşı,
Mәliyi düşmәndi Beyrәkәrinә.
Neçәki, verilib bu xalqın başı
Bu xalqın ağıldan seyrәklәrinә,
Mәn şair deyilәm, atam-qardaşım.


Gerçәkdәn dә tarixin bәzi dönәmlәrindә bizim millәtә seçim haqqı tanınmadı vә başımıza ağıldan seyrәklәri gәtirdilәr. Yәni hәr zaman bizi hәrif tapdılar. Bu әlifbamız dәyişilәndә dә belә oldu, milli adımız dәyişdirilәndә dә. Qırxıncı illәrdә Latın әlifbasından Kiril әlifbasına keçәndә vә bizi buna zorlayanda birisi çıxıb demәdi ki, qonşularımız xaçpәrәst gürcü vә ermәnilәrin әlifbası min illәrdi dәyişmәdiyi halda, bir әsirdә üç dәfә әlifbamızı niyә dәyişdirirsiniz, bu, tarxidәn qoparma, savadsızlaşma әməliyyatı deyildisә, nәyin nәsiydi? Vә ya millәtimizin Türk adını “Azәrbaycanlı” (Yox bir badımcanlı?) adına dәyişәrkәn bizә rәhbәrlik edәn ağıldan seyrәklәr harda idi? Hәtta Orta Asiyadakı bәzәn yuxarıdan aşağı baxdığımız qardaşlarımız (Özәlliklә Türkmәnlәr!) belә adlarını qoruyub saxlaya bildilәr, biz isә ilk hәmlәdәcә boyun әydik. Bunun әsas sәbәbi ölkәnin, millәtin deyil, yalnız öz gәlir vә çıxarlarını düşünәn qanıpozulmuşların başımıza keçirilimәsidir.
Bu elә bir mövzudur ki, yazdıqca yazılar. Azәrbaycanın hegemon geninin Türk olması şübhәyә yer buraxmayan bir gerçәklikdir. Hәtta Azәrbaycan Türk coğrafyasına göz gәzdirsәk, yer adları “mәn Türkünәm” deyib bar-bar bağırır. Yardımlıdan Borçalıya qәdәr xәritәyә nәzәr salın, o zaman bu yerlәrin qәdim Türk coğrafiyası olduğunu görәcәsiniz. Vә әn әsası hamının bizim olduğuna şübhә etmәdiyi 13 әsilik tarixi olan “Dәdә Qorqud” dastanındakı qәhraman vә yer adları da türklüyümüzә şübhә yeri buraxmır.

İndiki iqtidar mәnsubları M.İsmayılı sevmnәyә bilәrlәr, әslindә heç mәn dә belә bir sevgiyә möhtac deyilәm, ona görә dә ilk öncә millәtimizin qan yaddaşına köçәn klassiklәrimizә müraciәt edәk:

“Osmanlıcadan tərcümə Türkə” bunu bilməm
Doğru söylüyür Gəncəli yainki hənəktir
Mümkün iki dil bir-birinə tərcümə, amma
“Osmanlıcadan tərcümə Türkə” nə deməkdir?

1906-cı ildәn baş qaldıran bu hayqırış M. Ə. Sabirindir. O zaman Anadoluda danışılan dil Osmanlıca olanda, Azәrbaycanda istifadә edilәn dil Türkçə idi. Yәni Anadoluda danışılan dillә Azәrbaycanda danışılan dil eyni idi və eyni dildәn eyni dilә tәrcümә nә demәkdi?

Türkün dili tək sevgili, istəkli dil olmaz,
Ayrı dilə qatsan bu əsil dil əsil olmaz.


Bu isә Güney Azәrbaycan Türklüyünün Fars qaranlıq illәrindәki danışan dili, görәn gözü M.H.Şəhriyarın sәsidir.

Hardasa 30 il bundan әvvәl yazdığım “Sәn Türk deyilsәn?” şerimlә fikrimi tamamlamaq istәyirәm.
“Sәn Türk deyilsәn?” şeri də mәnim hayqırışım olsun:

Çağırdım, özünә xoş gәlmir adın,
Çağırdım, geriyә dönüb baxmadın.
Sibir sularından içib gәlmişәm,
Araz körpüsündәn keçib gәlmişәm.
Yuxuda verilәn bir buta üçün,
Haqdan göndәrilәn bir sәda üçün,
Gәlmişәm, adını soruşam sәnin,
Uzaq soyadını soruşam sәnin.
O Qazax dediyim, Qırğız dediyim
O Özbәk dәdiğim, Oğuz dediyim,
O Teymur dediyim, Yavuz dediyim...
De görüm, de görüm sәn Türk deyilsәn?

Millәt yerişindәn, boyundan bәlli,
Bulaq axışından, suyundan bәlli.
Min ildi Baburun atı yoldadı,
Çingiz xan, Teymurlәng, Batı yoldadı.
Üzünü tutmusan Batıya doğru
Kәndirә, örkәnә, çatıya doğru.
Keçdiyin yolları nә tez unutdun?
Açılan qoları nә tez unutdun?
Bax, qoyub gәldiyin o dünәn mәnәm,
Başına göylәrdәn od enәn mәnәm.
Zamandan-zamana min illәr boyu
Orhun sularına qarışıb axan
?lini gözünün üstünә qoyub
Tanrı dağlarından tarixә baxan
Qarabağ, Qaradağ, Kәrkük deyilsәn?
Sәn Türk deyilsәn?

Gur sular qumsalda itib batarmı?
Monqol çöllәrindәn nә deyir Mәtә?
Varisi olmağa gücün çatarmı
Dәrisi soyulan bir hәqiqәtә?
Hәlә sünni daşın, Şiә daşın var,
Hәlә bir ürәyin iki başın var.
Hәlә aşağılar yuxarı baxır,
Hәlә yuxarıdan Göy Tanrı baxır.
Düşmüsәn tarixә әtәyindә daş.
Bir gün, a qardaş,
İşdi әtәyindәn o daşı töksәn
Sәn Türksәn, Türksәn.

Harda Göyçә göllәr, Bәy göllәr harda?
Gözlәri yol çәkәn Göy göllәr harda?
Hanı Amu-Dәrya, Sır-Dәrya hanı,
Batan Aral kimi bir dәrya hanı?
Çindәn, İzmirәcәn Arazlar, Kürlәr
Arxanca göz dikib qan-yaş tökürlәr.
Şahidәm, Xәzәrin suları qalxır,
Yuxudan Türklüyün baharı qalxır.
Barmağım әlimdә yumruğa dönür,
Qәlbim başım üstә göy tuğa dönür.
Altay dağlarında qurdu ulaşan,
Gördüyü yuxunun dalınca qoşan,
Batı yollarında atı dolaşan,
Aldana-aldana aldanış olan,
Gәl tanış olaq,
Gәl, gәl, gәl de görüm, sәn Türk deyilsәn?

Dünyanın bir ayrı qәsdi yoxdusa,
Türkün Türkdәn qeyri dostu yoxdusa
Başını qatdısa yaşamaq dәrdi,
Yadından çıxdısa Qarabağ dәrdi.
Torpağın hәsrәti bir gün dәrdisә,
Bütün dәrdlәrimiz Türkün dәrdisә

Başdımı, daşdımı börkün içindә,
Şeytan dolaşdımı irqin içindә?
Biri sәn, yaxanı kәnara çәkmә
Bu qәdәr, bu qәdәr Türkün içindә
De görüm sәn Türksәn, sәn Türk deyilsәn?”


P.S. Əlbəttə ki, mən milli kimliyimi, Türklüyümü gözəl bilirəm. Çoxlarından fərqli olaraq bunu mənə hələ körpə yaşımda Sovetin verdiyi pasportunda Türk olduğu yazılmış nənəm öyrətmişdi. İndi nənəm yoxdur həyatda, o üzdən istədim ki, milli kimliyimizə dil uzadanların, Türklüyümüzü şübhə altına salanların cavabını sözübütöv, dəyərli ziyalımız Məmməd İsmayıl versin.


Rumiyyə MİRASLAN