backend

Bunları edin, köpdən xilas olun

Bunları edin, köpdən xilas olun

Yeməkdən sonra şişkinlik və köp bir çoxumuzun qorxulu yuxusudur. Bəs bunu aradan qaldırmaq üçün nə etməli?
Yavaş yeyin və yaxşıca çeynəyin
Qarında olan köpü və qazı minimuma endirmək üçün yeməyi daha yavaş yemək və yaxşıca çeynəmək lazımdır. Və əlbəttə gərəyindən çox yeməyin.
Həzmə köməkçi bitki və ədviyyatlardan istifadə edin
Həzmi asanlaşdıran bir çox bitki və ədviyyat var: cirə, hil, darçın, keşniş, şüyüd, sarımsaq, zəncəfil kimi.
Nanə çayı
Köp hissinə nanə çayı çox yaxşı təsir edir.
Tərəvəzlər
Kəvər, xiyar, ispanaq kimi tərəvəzlər qarından olan köpü yüngülləşdirə bilər.
Tərəvəzləri bişirin
Tərəvəzləri bişirmək lifləri qırdığı üçün həzmi asanlaşdırır.
Probiyotiklər
Probiyotik baxımından zəngin olan qidalar istifadə etmək bağırsaqlarınıza yaxşı təsir edə bilər və köpün qarşısını almaqda yardımcı ola bilər.