backend

Təcili!!! DÜNYA MÜHARİBƏSİ - “Azərbaycan ərazilərini qaytarsa, Rusiya buna hərbi yolla cavab versə...”

Təcili!!! DÜNYA MÜHARİBƏSİ - “Azərbaycan ərazilərini qaytarsa, Rusiya buna hərbi yolla cavab versə...”

Regionun başı üstünü total müharibə təhdidi alıb. Hansı ki, orada hər iki tərəfdən müntəzəm olaraq əsgərlər ölür, hər iki tərəfin silahlı qüvvələri “təxminən eyni səviyyədə” ən yeni Rusiya silahları ilə silahlanıb. Və burada böyük Soyuq Müharibə qarşıduran tərəflərə geri qayıdıb. Siz yəqin ki, Qafqazın kiçik Dağlıq Qarabağ regionu barədə eşitməmisiniz, hansı ki, orada 1917-ci ilin bolşevik inqilabından bəri “dondurulmuş münaqişə” hökm sürür. Bu regionda böyük müharibə tezliklə başlaya bilər.

Virtualaz.org xəbər verir ki, bu sətirlər tarixi və müharibə mövzuları üzrə ixtisaslaşmış jurnalist-bloqqer Todd Vudun “People's Pundit Daily”də yerləşdirilmiş və Qarabağ münaqişəsi zonasındakı gərginlikdən bəhs edən “Üçüncü Dünya müharibəsi Qafqazın bu güncündən başlaya bilərmi?” başlıqlı məqaləsindəndir.

Müəllif münaqişənin qısa tarixçəsini yada salır, 2000-ci ilin əvvəllərinə qədər təmas xəttində kövrək atəşkəsin qüvvədə olduğunu qeyd edir. Ancaq bildirir ki, Azərbaycan neft gəlirləri hesabına milyardlarla dollarlıq silah almağa başlayıb və Ermənistanın işğalı altında olan ərazilərini hərbi yolla geri qaytarmaq əzmində olduğunu bildirir.

“Kövrək atəşkəs ötən ilin apelində qəfil alovlanan hərbi əməliyyatlara keçdi və dörd gün davam edən döyüşlərdən sonra Rusiyanın müdaxiləsi ilə dayandırıldı. Həmin vaxtdan bu yana təmas xəttində gərginlik azalmayıb, daha da artıb”-müəllif yazır.

Məqalədə Fransa prezidenti Fransua Ollandın münaqişə ilə bağlı son vasitəçilik səylərinə də toxunulur. Bildirilir ki, Ermənistan prezidenti Serj Sərkisyan Fransada səfərdə olarkən Parisi, Moskvanı və Vaşinqtonu “Azərbaycanı müharibəyə başlamaqdan çəkindirməyə” çağırmışdı. “Ermənistan hiss edir ki, müasir silahlarla silahlanmış Azərbaycan 20-ci əsrin sonlarında itirdiyi ərazilərini geri qaytarmağa hazırlaşır. Rusiya Ermənistanla hərbi sahədə sıx bağlıdır, onun ərazisində hərbi baza saxlayır, regiondakı rus komandirləri deyir ki, Azərbaycan Qarabağı geri almaq istəsə onlar ermənilərə kömək edəcəklər”-Todd Vud yazır.

Müəllif Azərbaycanın Türkiyə ilə müttəfiqlik münasibətlərinə diqqəti yönəldir, bildirir ki, Türkiyə ilə Rusiya arasında Ankaranın rus təyyarəsini vurmasından sonra yaranmış böhran hazırda aradan qalxıb. Çünki hər iki tərəfin bir-birinə ehtiyacı var. Lakin aydındır ki, Qarabağ məsələsində Türkiyə və Rusiya müxtəlif tərəfləri dəstəkləyir. Türkiyə NATO-nun üzvüdür. “Əgər Qarabağda münaqişə yenidən alovlansa və Azərbaycan ərazilərin daha bir qismini geri alsa, Rusiya da buna hərbi yolla cavab versə necə olacaq? Ərdoğan buna necə reaksiya verəcək?”-müəllif sual edir.

“Bu münaqişənin alovlanması dünyanın qalan hissəsini də müharibəyə cəlb edə bilərmi? Keçmiş sovet respublikalarının ərazisindəki “dondurulmuş” münaqişələr Ukraynadan tutmuş Cənubi Osetiyaya, Qafqaza qədər hələ də dağıdıcı imkanlarını saxlayır. Dağlıq Qarabağ münaqişəsi beynəlxalq ictimaiyyətin diqqətini daha çox cəlb etməlidir ki, onun nəzarətdən çıxmasına imkan verilməsin”-bloqqer bildirir.