backend

Yatağa belə girsəz, daha seksual olar və İSTƏDİYİNİZ... - BİLMƏDİYİNİZ İNTİM SİRLƏRİ

Yatağa belə girsəz, daha seksual olar və İSTƏDİYİNİZ... - BİLMƏDİYİNİZ İNTİM SİRLƏRİ

İnsan dili söz tutandan, ağlı kəsəndən artıq canlı-cansız deyə əşyaları, cisimləri bir-birindən ayırmağa başlayır. Bəlkə də insanın anadangəlmə, daxili eqosu özünə bənzəyənləri və özünə xidmət etmək üçün yaradılmışları saf-çürük edir. Cansızlar siyahısının ilk “qurban”ları isə təbii ki, daş-divar olur. İnsan bircə cansız deyib keçdiyi daşların nələrə qadir olduğunu bilsəydi…
Böyük fars şairi Ömər Xəyyam deyirdi ki, “Eyvanda gördüyün kərpic yaranıb, vəzir barmağından, sultan başından”.
Publika.az bildirir ki, şairin mülahizəsinə görə, torpaqdan yaranan bütün canlılar sonunda yenidən torpağa qarışacaq, deməli ondan ayrılan hər daş-kəsək də canlı hesab olunmalıdır.

Yatağa belə girsəz, daha seksual olar və İSTƏDİYİNİZ... - BİLMƏDİYİNİZ İNTİM SİRLƏRİ
Alimlərin də qənaətinə görə, daşlar canlıdır, hər birinin öz funksiyası və xüsusiyyətləri var. Belə çıxır ki, cansız hesab etdiyimiz daşları ciddiyə almamışıq. Bu günə qədər bu “cansız”lar haqqında müxtəlif fərziyyələr ortaya atılsa da, müəmmalar mövcud olsa da, bir çox hallarda onlar özlərinin daş susqunluğunu qorumağa sadiqdirlər. Əslində nağıl deyə barmaqarası baxdığımız bütün şifahi xalq ədəbiyyatlarında daşlar və onların sirləri haqqında bəzi ipucları, təcrübədən keçirilmiş xalq deyimləri mövcuddur. Məsələn, əgər ilanın qarşısında zümrüdü saxlasan, onun gözündən yaş axacaq və o kor olacaq. Bu faktı çoxları təcrübələrinə görə təsdiq edir.
Yer üzünün əksər möcüzələri daşlarla bağlıdır. Bunların arasında yeriyən, üzən, qalaqlanan daşlar haqqında çox tədqiqatlar aparılıb. Amma yenə də açıq qalan sirlər var ki, necə deyərlər: “Bu xəmir hələ çox su aparacaq”.
ABŞ-nın Kaliforniya ştatında Ölüm vadisi adlanan ərazidə daşlar kilometrlərlə sürünür. Həm kiçik, həm də çox ağır daşlar müxtəlif istiqamətlərdə gah dalğavari, gah da düz xətt üzrə vadi boyu “yeriyirlər”. Yeriyən daşlar ilk dəfə aşkar edildikdə elm dünyasında böyük əks-səda doğurdu. Ehtimal edilirdi ki, bu, vadidə heç vaxt yağış yağmaması və zəlzələ olmaması ilə bağlıdır. 2010-cu ildə NASA-nın apardığı tədqiqatlardan belə məlum oldu ki, mart ayında ətrafdakı dağlara yağan qar incə təbəqə şəklində vadiyə axır, gecə vaxtı daşların altında su dolur və beləliklə, buz halqası meydana gətirirlər. Aprel ayında isə vadiyə ikinci dəfə incə su təbəqəsi axdıqda daşın altında qalan buz halqaları bir növ qayıq kimi daşların suyun üzərində üzməsinə səbəb olur. Buz halqaları şüşə kimi möhkəm olduğuna görə vadinin üzərində iz qoyur, sonra əriyərək yox olduqda geridə ancaq daşlar və daşların yeridiyi cığırlar qalır.
Britaniyada yerləşən Stounhenc də bir müəmma olaraq qalmaqda davam edir. Buradakı dik daşlar abidəsinin 3 min il yaşı var. Lakin bu nəhəng daşların hansı məqsədlə burada quraşdırıldığını və ya abidənin ilkin olaraq neçə göründüyünü söyləmək mümkün deyil. Alimlər müasir texnologiyaların vasitəsi ilə abidənin ətrafındakı müəmmanı açmağa çalışırlar. Mülahizələrə görə, qədim kahinlərin yaratdığı bu abidə nəhəng astronomik saatdır, bəziləri isə bunun qədim qurbanlıq yeri olduğunu zənn edir.
Amma daşlar təkcə görünüşünə görə deyil, tərkib və faydasına görə də diqqət mərkəzində olub. Bütün sahələrdə olduğu kimi, daşları da öyrənən elm var. Hazırda daşların insan sağlamlığına təsirini litoterapiya (“litos” - yunan dilində “daş” deməkdir) adlanır. Təbii daşların müalicəvi xüsusiyyətləri insanlara lap qədim zamanlardan məlumdur. Alimlərin fikrincə, daşlar enerjini qəbul etmək, saxlamaq və ötürmək kimi xüsusiyyətlərə malikdir. Müxtəlif daş və kristalların insan orqanizminə olan təsiri də müxtəlifdir.
Bu daşların bəziləri orqanizmin tonusunu artırır, bəziləri ağrıları azaldır. Bir çoxları qoruyucu, ağrıkəsici funksiya daşıyır. Məsələn, əqiq, ametist, şahin gözü kimi daşlar ağrıları azaltmaq, Süleyman daşı, mərcan isə tonusu artırmaq xüsusiyyətlərinə malikdirlər. Kvarsın şəffaf növü olan “Dağ bülluru” demək olar ki, bütün orqanizmi müalicə edir: əsasən limfa sistemini və maye balans pozğunluğunu (bədən boşluqlarında su yığımını və s.) aradan qaldırır, orqanizmdə istilik balansını normallaşdırır, şaxtaya qarşı müqavimət yaradır, temperatur dəyişikliyi nəticəsində təzyiqi qeyri-stabil olan insanlar üçün xeyirlidir. Diş, sümük ağrılarına və digər bədəndə olan bəzi xəstəliklərə köməyi olur. Onu gəzdirənlərə həyat enerjisi verir, yaddaş və nitqi yaxşılaşdırır.
Kəhrəba mədə və urəyi qüvvətləndirir, əhval-ruhiyyəni yaxşılaşdırır, qanaxmanı dayandırır. Sarılıq, urək döyüntüsü və böyrək zəifliyi hallarında ondan istifadə olunur.
Yaqut vasvasalıq, dəlilik, urək döyüntüsü hallarında istifadə olunur.
Firuzə zəhərə qarşı müqavimətlidir. Firuzə üzük və ya əşya gəzdirmək ürəyi qüvvətləndirir. Qorxuya qarşı faydalı hesab edilir.
Ametist təbii rahatladıcıdır. Ən böyük faydası yuxusuzluq problemini aradan qaldırmasıdır. Göz xəstəliklərinə, baş ağrısına yaxşı təsir edir. Evdə ametistdən hər hansı bir əşya yerləşdirilərsə, gərginlik azalar, dava-dalaş olmaz.
Yaqut cinsi istəyi artırır, qan dövranını yaxşılaşdırır. Ona həm də “eşq daşı” deyirlər.
Yeşim (Yaşma) cəsarət, özünəəminlik, rahatlıq verir. Nitqi, zehni aydınlaşdırır
Mərcan orqanizmin ümumi immun sistemini qaldırır. Daha tez hamilə qalmağa kömək edir, yəni qadın orqanlarının müalicəsində xeyirlidir. Gözdəymədən qoruyur.
Safir qan dövranını yaxşılaşdırır. Həssaslığı artırır, zehni təmizləyir, əsəbləri sakitləşdirir. Ürək və böyrəklərin işini tənzimləyir.
Daş biliciləri həmçinin diqqətə çatdırırlar ki, hər bürcün öz daşı mövcuddur.
Bu inanc ilk dəfə qədimdə Şərqdə tərtib olunub, sonralar Avropaya yayılıb:
Yatağa belə girsəz, daha seksual olar və İSTƏDİYİNİZ... - BİLMƏDİYİNİZ İNTİM SİRLƏRİ

Qoç - Əqiq, Ametist, Garnet, Hematit, Jasper, Kristal, Kvars, Kyanit, Opal, Turmalin, Yaqut
Buğa - Əqiq, Kristal, Kvars, Kyanit, Lapis, Çəhrayı Kvars, Safir, Topaz, Firuzə, Nefrit, Zümrüd
Əkizlər - Əqiq, Akuamarin, Aventurin, Ay daşı, Krizokol, Krizopras, Obsidyen, Peridot, Topaz, Turmalin, Zümrüd
Xərçəng - Akuamarin, Ametist, Ay daşı, Kristal, Kvars, Krizopras, Rodokrozit, Safir, Yaqut, Zümrüd
Şir - Əqiq, Aventurin, Pələng gözü, Kəhrəba, Kvars, Damarlı əqiq, Sitrin, Topaz, Turmalin
Qız - Əqiq, Amazonid, Aventurin, Pələng gözü, Kəhrəba, Kvars, Obsidyen, Peridot, Rutil, Sitrin, Nefrit
Tərəzi - Əqiq, Akuamarin, Aventurin, Krizopras, Kyanid, Lapis, Malakit, Mərcan, Çəhrayı Kvars, Peridot, Topaz, Turmalin, Nefrit
Əqrəb - Ametist, Çəhrayı Kvars, Dumanlı Kvars, Garnet, Lal, Pələng gözü, Kunzit, Obsidyen, Rutil
Oxatan - Əqiq, Ametist, Garnet, Lapis, Malakit, Safir, Sodalit, Topaz, Firuzə
Oğlaq - Garnet, Hematit, Malakit, Kəhrəba, Damarlı əqiq, Turmalin, Yaqut, Sirkon
Dolça - Əqiq, Akuamarin, Ametist, Garnet, Kristal Kvars, Lal, Lapis, Obsidyen, Damarlı əqiq, Nefrit, Zirkon
Balıq - Ametist, Ay daşı, Kalsit, Qandaşı, Kristal Kvars, Çəhrayı Kvars, Mərcan.
Şəfiqə ŞƏFA