backend

SON DƏQİQƏ!!! Qarabağda daha BÖYÜK DÖYÜŞLƏR: Ağdam istiqamətində atəş səsləri aydın eşidilir

SON DƏQİQƏ!!! Qarabağda daha BÖYÜK DÖYÜŞLƏR: Ağdam istiqamətində atəş səsləri aydın eşidilir

Britaniyadan müharibə xəbərdarlığı

“İstisna deyil ki, bu il Dağlıq Qarabağ münaqişəsi
zonasında daha ciddi toqquşmalar baş verəcək”.

İstiPress Publika.az-a istinadən xəbər verir ki, bu barədə “Karneqi” fondunun Cənubi Qafqaz üzrə eksperti, britaniyalı konfliktoloq Tomas De Vall deyib.

Onun sözlərinə görə, təmas xəttində atəşkəsin möhkəmləndirilməsi üzrə razılaşmaya əməl edilməsi həm Ermənistan, həm də Azərbaycandan tələb olunur: “Lakin bu razılaşma imzalanmayıb. Niyə? Görünür, hansısa səhvlər oldu. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədr ölkələrindən biri bu razılaşmanın icrası məsələsini öz üzərinə götürməlidir. Bu ölkə Rusiya ola bilər. Bundan başqa, ATƏT-in Minsk qrupu formatını gücləndirmək lazımdır. Həmsədrlər toqquşmaların yenilənməsini istəmirlərsə, Vyana razılaşmasını təkrar gözdən keçirməlidir”.

De Vall Rusiyanın Qarabağ münaqişəsinin nizama salınması prosesində mərkəzi oyunçu olduğunu diqqətə çatdırıb.

SON DƏQİQƏ!!! Qarabağda daha BÖYÜK DÖYÜŞLƏR: Ağdam istiqamətində atəş səsləri aydın eşidilir


“Lakin buna baxmayaraq, Ermənistan və Azərbaycan tərəfi şübhə edir ki, əgər Rusiya nizama salma prosesində əsas oyunçu kimi davranmasa, heç nə əldə edilməyəcək. Rusiyanın Qarabağ münaqişəsinin hər iki tərəfi ilə konkret maraqları var. Lakin görünür barışdırıcı rolunu təkcə Rusiya yox, Minsk qrupunun digər üzvləri olan Fransa və ABŞ da öz üzərinə götürməlidir. Ümid edirəm ki, Moskva və Vaşinqton bu münaqişənin həlli ilə bağlı əməkdaşlıq edə biləcəklər”, - deyə ekspert vurğulayıb.

Ağdam istiqamətində atəş səsləri aydın eşidilir

Erməni silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərində hərbi təlimləri davam etdirirlər.

IstiPress-in Qarabağ bürosunun xəbərinə görə, bu gün səhər saatlarından başlayaraq Ağdam rayonunun işğal altında olan “Uzundərə” adlı ərazisində hərbi təlimlər başlanıb. Çəmənli kənd sakinlərinin bildirdiyinə görə, təlimlərdə ağır artilleriya qurğularından da istifadə edilir. Atəş səsləri cəbhəyanı yaşayış məntəqələrində aydın eşidilir.

SON DƏQİQƏ!!! Qarabağda daha BÖYÜK DÖYÜŞLƏR: Ağdam istiqamətində atəş səsləri aydın eşidilir
Erməni ordusunun təlimlərini şərh edən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov İstiPress-ə bildirib ki, bu təlimlər aprelin 2-də keçiriləcək parlament seçkiləri ilə bağlıdır və düşmənin istənilən an təxribatlarının davamı gələ bilər.

"Ermənistanda aprelin 2-də keçiriləcək parlament seçkilərinə qədər Azərbaycan Silahlı Qüvvələri qoşunların təmas xəttində çox diqqətli olmalıdır. Serj Sarkisyanın hokumətdə uzun müddət tərəfdaşlıq etdiyi şəxslər də ondan üz döndəriblər. Ona görə də Sarkisyan çox narahatdır. Qorxur ki, seçkilərdə böyük uğursuzluqları olacaq. Çünki 2016-cı ilə qədər Ermənistanın müdafiə naziri olmuş Seyran Ohanyan da Sarkisyana qarşı çox aktiv fəaliyyət göstərir. İndi Sarkisyan görüntü yaratmağa çalışır ki, ordu onun tərəfindədir, onun əmrlərinə tabedir. Sarkisyan aprelin 2-nə qədər hər cür təxribatı törətməyə hazırdır. Cəbhədə təxribatların sayı arta, bu son təlimlər real hərəkətə keçə bilər", - deyə polkovnik bildirib.

qaynarxett.az