backend

TƏCİLİ!!! Rusiya vəhşi BALİNA, ƏLDƏQAYIRMA Minisk qurupu və qonşumuz İLANIN agına da, qarasına da...

TƏCİLİ!!! Rusiya vəhşi BALİNA, ƏLDƏQAYIRMA Minisk qurupu və qonşumuz İLANIN agına da, qarasına da...“NATO regionda lokal müharibəyə başlaya bilər. Buna görə də Rusiya döyüş hazırlığını sürətləndirir”.

Publika.az xəbər verir ki, bu barədə rusiyalı hərbi ekspert Konstantin Sivkov Rusiyanın Qara dəniz donanmasının Krımda raket atışlarının həyata keçirməsini şərh edərkən bildirib.

Hərbi ekspert vurğulayıb ki, Qara dəniz regionunda gərginlik artır: “NATO aktivləşir, hərbi donanmanı gücləndirir, Rumıniyada və Bolqarıstanda raket sistemlərini inkişaf etdirir. Bütün bunlar Rusiya rəhbərliyinin narahatlığına səbəb olur. İstisna deyil ki, NATO Rusiyaya qarşı lokal müharibə başlaya bilər. Təbii ki, ABŞ və NATO Rusiyaya qarşı birbaşa hərbi müdaxilə etməyəcək, çünki Rusiyanın nüvə silahına malik olması buna imkan vermir. Lakin nüvə silahının tətbiqinin sərhədinə qədər lokal toqquşmalar ola bilər”.
TƏCİLİ!!! Rusiya vəhşi BALİNA, ƏLDƏQAYIRMA Minisk qurupu və qonşumuz İLANIN agına da, qarasına da...

K.Sivkov hesab edir ki, Qara dəniz regionu bu gün ən böyük münaqişə zonasıdır.

“Ukraynada münaqişə davam edir. Bura cənub-qərb istiqamətində Rusiyanın bütün obyektlərinə zərbə üçün ən qısa yoldur. Abxaziya və Cənubi Osetiya münaqişələrinin olduğu Gürcüstan bölgəyə yaxındır. Eyni istiqamətdə Dağlıq Qarabağ münaqişəsi davam edir, həmçinin, Suriyada müharibə gedir. Yəni bölgə xüsusi gərginlik olan zonadır”, - deyə ekspert vurğulayıb.


Aydındır ki, keçən il Qarabağın həlli üçün təhlükəli idi. Bu il isə təmas xəttində daha ciddi silahların tətbiqi imkanları baxımından daha təhlükəli ola bilər. Bunu jurnalistlərə açıqlamasında britaniyalı tanınmış araşdırmaçı Tomas De Vaal söyləyib. O, Qarabağ konfliktinin diplomatik yolla həllindən başqa alternativ görmədiyini bildirib.
De Vaal buna sübut kimi Vyanada əldə olunan razılaşmaları göstərib:
“Bu müqavilənin əsas şərti təmas xəttində atəşkəsin mandatının gücləndirilməsi ilə bağlı razılaşma idi. Bu tələb həm Ermənistan, həm Azərbaycan hökumətinə qarşı irəli sürülmüşdü. Lakin bu işləmədi və müqavilə də imzalanmadı. Nəyə görə? Aydındır ki, səhvlər oldu. Mütləq ATƏT-in Minsk Qrupunun üzvlərindən biri bu razılaşmanın yerinə yetirilməsi ilə bağlı öhdəlik götürməlidir. Üstəlik, ATƏT-in Minsk Qrupunun formatı gücləndirilməlidir. Həmsədrlər isə öz növbəsində konfliktin yenilənməsinə imkan verməmək üçün Vyana razılaşmasına yenidən baxmalıdırlar”.


Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bəyan edib ki, onun ölkəsi Azərbaycanın hərbi potensialını saxlaya biləcək Rusiya hərbi texnikasının alınmasında maraqlıdır.

Bu barədə RİA Novosti məlumat yayıb.

Sarkisyan eyni zamanda bəyan edib ki, Ermənistan silah alışı ilə bağlı yalnız rusiyalı tərəfdaşları ilə deyil, digər tərəfdaşlarla da danışıqlar aparır: “Biz Azərbaycanın artan silah arsenalını və Azərbaycan Respublikasında döyüş növbətçiliyində dayanan bir sıra silahların istifadəsinin qarşısını ala biləcək texnikaları almaqda maraqlıyıq”.

TƏCİLİ!!! Rusiya vəhşi BALİNA, ƏLDƏQAYIRMA Minisk qurupu və qonşumuz İLANIN agına da, qarasına da...

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini 143 dəfə pozub.
Ermənistanın Noyemberyan rayonunun Voskevan, Şavarşavan, Berdavan, Barekamavan, İcevan rayonunun Berkaber, Paravakar kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Quşçu Ayrım, Fərəhli, Kəmərli, Qaymaqlı, Qızılahcılı kəndlərində və adsız yüksəklilərdə, Berd rayonunun Ayqepar, Mosesqex, Çinari kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərdən Tovuz rayonunun Əlibəyli, Ağdam, Muncuqlu kəndlərində və adsız yüksəkliklərdə, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonunun Qaravəlilər kəndində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.
Tərtər rayonunun işğal altında olan Göyarx, Çiləbürt, Ağdam rayonunun Qaraqaşlı, Yusifcanlı, Baş Qərvənd, Şıxlar, Mərzili, Cəvahirli, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Horadiz, Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Aşağı Veysəlli, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Göygöl, Goranboy, Tərtər, Xocavənd və Cəbrayıl rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.