backend

Təfərrüat !!! Bakıda dəhşətli qətl: Oğlunu öldürüb anası ilə... - FOTO

Təfərrüat !!! Bakıda dəhşətli qətl: Oğlunu öldürüb anası ilə... - FOTO


Qatil 1 il bundan əvvəl bu ailə ilə qohum olub

Bakıda həyat yoldaşının xalasını xəstəxanalıq edən, daha sonra onun iki övladını qətlə yetirən Azər Cəfərovun törətdiyi hadisənin şok detalları ortaya çıxıb. İstiPress xəbər verir ki, hadisənin baş verdiyi ərazidə olan tanışların dediyinə görə Azər 1 il bundan əvvəl bu ailə ilə qohum olub. Qohumların dediyinə görə o, heç bir işlə məşğul olmur. Ona Bakıda qızı ilə yaşamağa evi, avtomobili də həyat yoldaşının ailəsi alıb.

Hadisə baş verən gün Azər Cəfərov əvvəlcə evin balacası 2001-ci il təvəllüdlü Saqil Səxavət oğlu Qasımzadəni öldürərək həyətdəki "KamAZ" markalı maşının yanına atıb. Hadisədən sonra heç nə olmamış kimi ailə üzvləri ilə bir yerdə şam yeməyi yeyəndən sonra qatil ev sahibəsi əslən Kəlbəcər rayonundan olan Lətifə Qasımovaya bıçaqla xəsarət yetirib. Sanki ailə üzvlərinin hamısını qətlə yetirməyi qarşısına məqsəd qoyan qatil Lətifə Qasımovanın qızı 1991-ci il təvəllüdlü Fərizə Səxavət qızı Qasımzadənin boğaz nahiyəsini kəsməklə onu öldürüb.

Yaxınlarının verdiyi məlumata görə bıçaq xəsarəti alan ana, Lətifə Qasımovanın vəziyyəti ağırdır. Qətlə yetirilən bacı və qardaş Lökbatan qəbristanlığında dəfn edildi.

Baş vermiş hadisə ilə bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1; 120.2.7; 120.2.11; 29,120.2.7; 181.3.3 maddələri ilə cinayət işi başlanıb.

Təfərrüat !!! Bakıda dəhşətli qətl: Oğlunu öldürüb anası ilə... - FOTO
Təfərrüat !!! Bakıda dəhşətli qətl: Oğlunu öldürüb anası ilə... - FOTO