backend

“Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrant vəsaiti hesabına “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq” layihəsi çərçivəsində Şirvan tədbir keçirmişdi

“Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrant vəsaiti hesabına “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq” layihəsi çərçivəsində Şirvan  tədbir keçirmişdir

Gəncə şəhərinin 2016-cı ildə “Avropa Gənclər Paytaxtı” seçilməsi ilə əlaqədar həyata keçiriləcək tədbirlər əsasında “Maarifçi Gənclər” İctimai Birliyi Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun qrant müsabiqəsi çərçivəsində “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq” layihəsini məkan olaraq Neftçala, Salyan rayonlarında və Şirvan şəhərində həyata keçirilməsini nəzərdə tutulmuşdur.

Bu məqsədlə, Neftçala rayonundan sonra layihə çərşivəsində növbəti tədbirimiz 17 dekabr 2016-cı il tarixində Şirvan Şəhər İcra Hakimiyyətinin və Şirvan şəhər Təhsil şöbəsinin yaxından köməkliyi ilə Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbində olmuşdur. Məktəbin akt zalında baş tutuan, 200 nəfərlik Şirvan şəhər məktəblilərinin iştirak etdiyi tədbirdə hər bir məktəbliyə Gəncə haqqında biliklərini daha da genişləndirmək məqsədilə “Gəncənin tarix və mədəniyyətini gənclərə tanıdaq” layihəsi çərçivəsində hazırlanmış “Azərbaycanın Mirvarisi” adlı kitabça paylanmışdır. 50 nüxsə kitabça isə “ Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyası çərçivəsində Gəncə şəhərində olmuş Şirvan şəhərinin digər məktəblərinin şagirdlərinə paylanmaq məqsədilə Şirvan şəhər Təhsil şobəsinə təhvil verilmişdir.

Tədbir “Maarifçi Gənclər” İctimai Birliyi nümayəndəsi Azad Həmzəyevin Gəncə haqqında, onun Azərbaycan tarixində oynadığı rol, gəncəli tarixi şəxsiyyətlər barədə geniş səpkili çıxışı ilə davam etmişdir. Sonda isə Şirvan şəhər B.Aslanov adına 16 saylı tam orta məktəbinin direktoru Çingiz Şirəliyev belə maarifləndirici tədbirlərin əhəmiyyətindən söz açmış, belə tədbirlərin şagirdlərin ölkəmizin tarixi haqqında biliklərinin daha da zənginləşdirilməsində xüsusi əhəmiyyət daşıyacağını qeyd etmişdir.