Terrorçu danışdı: Stokholmdakı hücum İŞİD-in əmri ilə törədilib10 apr 2017 - 12:46716 Aprelin 7-də Stokholmda baş vermiş hücum İŞİD terror qruplaşmasının əmri ilə həyata keçirilib. TASS agentliyinin verdiyi məlumata görə, bunu hücumu həyata keçirmiş Özbəkistan əsilli Rəhmət Akilov polisə ifadəsində deyib. Terrorçu ifadəsində İŞİD tərəfdarı olduğunu etiraf edib. “ Suriyada bombardmanlara son qoyulmalıdır”, deyə R.Akilov bildirib. Qeyd edək ki, aprelin 7-də İsveçin paytaxtında sürücü yük maşınını piyadaların üstünə sürüb, nəticədə 4 nəfər ölüb, 15 nəfər xəsarət alıb
Dunya27 iyn 2016, 04:04SON ANDA: Otelə hücum: Nazir öldürülüb - Azərbaycanlı müəllimə də terrorcuların qurbanı olub