backend

Təcili!!! RUS XORUZUNUN QUYRUGU və Larisa Alaverdyanın QARABAG acıqlaması...

Təcili!!! RUS XORUZUNUN QUYRUGU  və  Larisa Alaverdyanın QARABAG acıqlaması...

50-yə yaxın hərbi texnika da Ermənistana gətirilib

Rusiya hərbçiləri Ermənistanda yerləşən bazada xüsusi taktiki təlimlərə başlayıb.

İstiPress “Tass”a istinadən xəbər verir ki, təlimlər Kəmxud dağlıq poliqonunda keçirilir. Hərbi tədbirə 500-ə yaxın hərbi-kəşfiyyatçı, 50-yə yaxın hərbi texnika cəlb olunub. Bu barədə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin rəhbəri Vadim Astafyev bildirib.

Kəşfiyyatçılar 30 normativ yerinə yetirməli, xüsusi dağlıq zolaqda 20 maneəni aşmalıdırlar.

Manevrdə "Ratnik" qurğusundan istifadə ediləcək. "Ratnik" qurğusundan 2016-cı ildən quru, hərbi-desant və dəniz piyadaları istifadə edir. O, zirehlidir, döyüş mərmisi ilə təchiz edilib.


Rusiya Xarici İşlər Nazirliyinin başçısı Serqey Lavrovun bu yaxınlardakı bəyanatından sonra Azərbaycanın Avrasiya İqtisadi İttifaqına daxil olması mövzusu erməniləri həyəcanlandırmaqda davam edir.

Xatırladaq ki, S.Lavrov Moskvanın, Bakının Avrasiya inteqrasiyasında iştirak etmə arzusunu yalnız alqışlayacağını bildirib. Ermənistanın Rusiyadakı yeni səfiri Vardan Toqanyan isə dərhal bəyan etdi ki, bu məsələ üzrə Ermənistanın "öz xüsusi mövqeyi" olacaq.

Virtualaz.org-un məlumatına görə, Ermənistanda ehtiyat edirlər ki, Azərbaycanın Avrasiya İttifaqına daxil olması, Rusiyanın təzyiqi altında erməni tərəfindən ərazi güzəştlərinə əvəz olaraq, baş verəcək.

Hüquq və Siyasət İnstitutunun direktoru Larisa Alaverdyanın fikrincə, Azərbaycanın Avrasiya İttifaqında potensial iştirakı kontekstində Qarabağ mövzusu gərəksiz qabardılır.

"Azərbaycan Ermənistanın da daxil olduğu böyük miqdarda siyasi təşkilatların üzvüdür: BMT-dən başlayaraq MDB-yə qədər. Və Qarabağ münaqişəsinin mövcudluğu bunun üçün maneə deyil. Yunanıstan və Türkiyə arasında ciddi ziddiyyətlər, məsələn, onların eyni hərbi-siyasi təşkilatda təsilçiliklərinə mane olmur”, - deyə o, EADaily-ə bildirib.

Onun sözlərinə görə, Azərbaycanın Avrasiya İttifaqına daxil olması halında icraçı xarakterli problemlər yarana bilər. Bir inteqrasiya strukturunda iki münaqişə edən dövlətin mövcudluğu malların, kapitalın, xidmətlərin və işçi qüvvəsinin azad hərəkəti üçün maneə ola bilməz.

Larisa Alaverdyanın fikrincə, Azərbaycanın Avrasiya İttifaqına daxil olması heç də o demək deyil ki, Rusiya Ermənistanın maraqlarını verəcək və Qarabağdakı indiki status-kvo dəyişəcək.

Alaverdyan həmçinin etiraf edir ki, Qarabağda istehsal olunan məhsullar Avrasiya İttifaqı ölkələrinə erməni markası altında ixrac edilir.


Qaynarxett.az