backend

Sərkisyan ermənilərə Qarabağda ölmək üçün pul təklif edir - Gəlişmə

Sərkisyan ermənilərə Qarabağda ölmək üçün pul təklif edir - Gəlişmə
















Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində 82 millimetrlik minaatanlardan (16 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 114 dəfə pozub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Ulus.Az-a verilən məlumata görə, mövqelərimiz atəşə tutulub. Ermənistan hakimiyyəti və generalları etiraf etməsələr də, son illərdə cəbhə bölgəsində üzləşdikləri itkilərin yerini doldurmaqda çətinlik çəkirlər.

Bunun obyektiv səbəbləri var. Birincisi, gənclər Ermənistanı tərk edirlər, onlar Dağlıq Qarabağda ölməmək üçün ya Rusiyaya işləməyə gedirlər, ya da Qərb dövlətlərinə mühacirət edirlər.

İkincisi, Ermənistanın əhalisi onsuz da azalır, Azərbaycanın isə əksinə artır, yaxınlarda sayımız 10 milyona çatacaq. Bu tendensiya Ermənistanı narahat edir, döyüşməyə adam tapmaqda çətinlik çəkirlər.

Ermənistan mülki müdafiə naziri Viqen Sarkisyan bu vəziyyətdən çıxış yolu kimi yeni ideya irəli sürüb:

“Könüllü surətdə döyüş bölgələrində 3 il hərbi xidmət keçən hər gəncə xidməti bitirdikdən sonra 10 min dollar ödənəcək”. Başqa sözlə Ermənistanın müdafiə naziri gənclərə pulsuz ölməməyi təklif edir.

Ulus.Az xəbər verir ki, 2016-cı ilin aprelində Dağlıq Qarabağda Ermənistan-Azərbaycan qoşunlarının qarşıdurma xəttində qeydə alınan eskalasiya ön cəbhədə Azərbaycanın mövqeyinin yaxşılaşmasına gətirib çıxardı.

Aprel toqquşmalarından sonra ilk gözlənilən o idi ki, Qərb və Moskva tərəfləri danışıqlar masasına gətirmək üçün əməkdaşlıq edəcəklər. Amma 2016-cı ilin mayında Vyana görüşündən sonra qərb dövlətləri kənara çəkildi və qalan boşluğu Rusiyanın doldurmasına imkan yaratdı.