backend

7 yaşlı qızın zorlandığı deyilən rayonun təhsil şöbəsinin müdiri açıqlama verdi: “O zərbəni bizə kim vurubsa…”

7 yaşlı qızın zorlandığı deyilən rayonun təhsil şöbəsinin müdiri açıqlama verdi: “O zərbəni bizə kim vurubsa…”
















“Bizə zəng olunmadığı bir halda, bizdən heç bir informasiya soruşulmadığı halda, Şamaxı Avropa liseyi haqda o cür bərbad, o cür bədnam şayiə yaymaq ən azı vətənə millətə xəyanətdir”

Bunu A24.Az-a açıqlamasında Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri Eyvaz Eminalıyev Şamaxı Avropa liseyi haqqında mətbuatda yazılan xəbərlərə münasibət bildirərkən deyib.

Şöbə müdirinin sözlərinə görə, yaranan problemlə bağlı aiddiyyatı qurumlara müraciət edilib:

“Biz bu məsələ ilə bağlı sivil qaydada Mətbuat Şurasının rəhbəri Əflatun Amaşova, rayon polis şöbəsinə müraciət etmişik. Yəni hüquq mühafizə orqanlarının məlumatlandırmışıq ki, bu məsələyə aydınlıq gətirilsin. Kim bu şayiəni yayıbsa, cəzalandırılsın. Söhbət Şamaxı rayon təhsilindən getmir, bu ümumi Azərbaycan Respublikasının imicindən gedir. O zərbəni kim bizə vurubsa, kim bizə bu ləkəni atırsa, cəzalansın!” , – deyə E.Eminalıyev əlavə edib.

Şamaxı Rayon Təhsil Şöbəsinin müdiri vurğulayıb ki, heç kimin haqqı yoxdur ki, kiminsə barəsində “qara piar”la məşğul olsun və kiminsə adından yalandan bəyanat versin:

“Bizə zəng olunmadığı bir halda, bizdən heç bir informasiya soruşulmadığı halda, Şamaxı Avropa liseyi haqda o cür bərbad, o cür bədnam şayiə yaymaq ən azı vətənə millətə xəyanətdir”.

E.Eminalıyev qeyd edib ki, Şamaxı Avropa liseyi vaxtı ilə Sultan Məcid Qənizadə adına məktəb olub, Seyid Əzim Şiravaninin əsasını qoyduğu bir məktəbdir:

“O məktəbin 144 yaşı var. Bu məktbələ zarafat etmək olmaz. Təhsilimizin bu cür ləkələnməsi ilə barışmaq olmaz. Biz bununla heç cür barışmayacayıq. Sivil və hüquqi qaydada bu məsələdə sona qədər gedəcəyik”.

Xatırladaq ki, bir neçə gün bundan əvvəl mətbuatda Şamaxı rayonu Avropa liseyində 7 yaşlı qıza təcavüz olunması xəbəri yayılıb. Belə ki, sözügedən orta məktəbin 3 nəfər yuxarı sinif şagirdi 2-ci sinifdə oxuyan 7 yaşlı qızı zorlayıb. Nəticədə azyaşlı dünyasını dəyişib. Xəbərə görə, biabırçı olay gizlədilir, çünki zavallı qızcığazı zorlayanlar imkanlı ailənin uşaqlarıdır. Daha sonra xəbərin doğru olmadığı bildirilib.


7 yaşlı qızın zorlandığı deyilən rayonun təhsil şöbəsinin müdiri açıqlama verdi: “O zərbəni bizə kim vurubsa…”