backend

Yerə asteroid gəlir

Yerə asteroid gəlir

Astronomlar ilk dəfə 2014RC-ni avqust ayının 31-də görüblər.

20 metr diametri olan obyekt planetə minimal məsafədə yaxınlaşacaq, bu barədə NASA saytında bildirilib.

qaynarxett.az Lenta.ru-ya istinadən xəbər verir ki, asteroid Yeni Zelandiya üzərindən keçəcək və Yer kürəsi üçün heç bir təhlükə yaratmayacaq.

Yaxınlaşma zamanı o, planet səthindən 40 min kilometr məsafədə olacaq.

Astronomlar 2014RC-ni ilk dəfə olaraq 2014-cü ilin avqust ayının 31-də gecə Arizona rəsədxanasında Catalina Sky Survey proqramı çərçivəsində gecə səmasının monitorinqi zamanı görüblər. Bundan başqa, sentyabr ayının 1-də Havay adalarında Pan-STARRS teleskopu ilə də obyekt müşahidə edilib.

İki rəsədxananın müşahidələri Kembric Kiçik Planetlər Mərkəzinə göndərilib.

Obyektin görünən böyüklüyü 11,5-dir, bu isə onu adi gözlə açıq səmada müşahidə etmək mümkün olacağı deməkdir. Alimlər obyekti müşahidə altına alacaqlarını bildiriblər, belə ki, onun yenidən qayıdacağı ehtimal edilir.