Gəncədə qadın özünü qatarın altına atdı - Meyiti tanınmaz haldadır
1 018
Gəncə şəhərində təqribən 60-65 yaşlı qadın özünü yük qatarın altına ataraq intihar edib
Dəmir Yolu Nəqliyyatında Gəncə Stansiyası Xətt Polis Şöbəsindən "Report"un Qərb bürosuna verilən məlumata görə, hadisə axşam saatlarında Poçt qəsəbəsi ərazisindən keçən dəmiryolu xəttində baş verib.
Belə ki, hələlik kimliyi məlum olmayan 60-65 yaşlı qadın özünü hərəkətdə olan yük qatarının altına ataraq intihar edib. Onun kimliyi və intihar etmə səbəbləri hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən araşdırılır.
Gəncə şəhər Prokurorluğundan verilən məlumata görə, hadisə nəticəsində qadının meyiti tanınmaz halda düşdüyündən, onun şəxsiyyətini müəyyən etmək hələ ki, mümkün deyil. Hazırda araşdırma aparılır.