backend

Jurnalist Aynur Elgünəş saxlanıldı

Jurnalist Aynur Elgünəş saxlanıldı

Jurnalist Aynur Elgünəş yas mərasimində qadağalar qoyan bələdiyyə sədrinə etiraz etdiyi üçün polis idarəsinə aparılıb


Jurnalıst bildirib ki, Şəmkir rayon Dəllər-Cırdaxan kəndində keçirilən yas mərasimində süfrəyə pendir, çörək qoyulduğu üçün bələdiyyə sədri yas mərasimini dağıtmaq istəyib. "Bələdiyyə sədri Xəqani Hüseynov süfrəyə pendir, çörək, halva qoyulduğu üçün yas mərasimini dağıtmağa gəlib. Hansı qanunla bunu etdiyini soruşuram, məni təhqir edir. Kənddən çıxaracağı ilə hədələyir. Mubariz Qurbanlının açıqlamasını xatırladıram.. Bələdiyyə sədri isə bildirir ki, mən Mübarizi tanımıram, rayonda qaydalar belədir. Ev sahibləri deyir ki, uzaq bölgələrdən gələn qonaqlarımız var. Heç olmasa onlara çay verək. Bələdiyyə sədri isə əraziyə polis çağırıb. Mollanı da yas mərasiminə buraxmırlar. Deyirlər molla 1000 manat cərimə ediləcək."

Jurnalist daha sonra qeyd edib ki, onu bu etirazına görə polis bölməsinə aparırlar: “Yas mərasimi Müsavat partiyasının Şəmkir rayon şöbəsinin sədridir. Məni Şəmir polisinə aparırlar. Arxamca polis gəlib. Səbəb isə bələdiyyədən hansı əsasla mollanı cərimələmək istədiyini və hansı qanunla süfrəyə halva qoyulmasına icazə vermədiyini soruşmağımdır”.

Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübqriz Qurbanlı APA-ya açıqlamasında bildirib ki, yas mərasimləri ilə bağlı məsələ ancaq tövsiyə xarakteri daşıya bilər və belə də olacaq: “Biz komitə olaraq bu yolla yas mərasimlərinin vətəndaşlarımız tərəfindən normal keçirilməsinə nail olacağıq. Bu, yalnız izahat və yerlərdə din xadimlərimizlə birgə fəaliyyət nəticəsində həll olunacaq. Ona görə də bununla bağlı deyildiyi kimi, hansısa qanunun qəbul olunmasına biz ehtiyac görmürük”.