backend

Bağışlasaq, bağışlanmarıq

Bağışlasaq, bağışlanmarıq

Bakı Sənaye Pedaqoji texnikomuna uzun illərdir ki, Vidadi Ömər oğlu Orucov rəhbərlik edir. Ötən bu illər ərzində onun qazandığı pulları yox, gördüyü savab və törətdiyi günah işləri tərəziyə qoyub orta məxrəci axtardıq və çox təəssüf ki, müsbət nəticə ala bilmədik. Pedaqoji texnikumdaki antipedaqoji hərəkətləri bizə onu təmizə çıxartmağa imkan vermədi. Çünki boyu və elmi dərəcəsi ilə bir çox orta təhsil müəssiəsi rəhbərlərindən fərli olsa da, hər semestr müddətində tələbələri soyub-talamaq keyfiyyətlərinə görə onlardan heç nə ilə fərqlənmədi. Hələ bir üstəlik, deyilənə görə, bu texnikumda imtahana tam hazır olsan belə pulunu verməmiş qiymət ala bilməzsən. Gəldiyimiz nəticəyə görə bu qəbahəti (cinayəti demirik ha!) ona bağışlamaq olmaz. Təhsil Naziri bağışlayır, qoy bağışlasın, tələbələrin soğan kimi soyulan valideyinləri bağışlayırlar, qoy bağışlasınlar, amma dəmir döyməkdən əlləri daşa dönmüş bir valideyinsə onu bağışlamır, -iki yüz əlli manatımı almamış qızıma qiymət yazmadılar, - deyir. Evi olmadığından gecələr işlədiyi qarajda yatan bir dəmirçini yaradan ulu Tanrı bu qəbahəti texnikumun rəhbərliyinə heç vaxt bağışlamaz. Elə biz də bağışlamırıq, çünki bağışlasaq, bağışlanmarıq...