backend

İrandan Bakıya qonaq gələn qadın qaçdı

İrandan Bakıya qonaq gələn qadın qaçdı




















Ailə hər il yayda Suraxanıda yaşayan qohumlarının yanına dincəlməyə gəlirdi.

Suraxanı rayon Polis İdarəsinin əməkdaşları iyulun 20-də Bakıya gələn və uşaqları ilə itkin düşən İran vətəndaşını axtarır.

Qaynarxətt.info xəbər verir ki, bu barədə Vesti.Az-a Suraxanı rayon Polis İdarəsində bildiriblər.

1978-ci il təvəllüdlü Ələkbərli Aynurə Həsən qızı, 2003-cü il təvəllüdlü oğlu Hacipur Jenekanlı Emin Tahir, 2001-ci il təvəllüdlü qızı Hacipur Jenekanlı Romina Tahir axtarılır.

İlkin istintaq zamanı müəyyən edilib ki, 15 il öncə Aynurə Ələkbərli “Azərsun” şirkətində çalışan İran vətəndaşı ilə ailə qurub. Toydan sonra yeni evlənən cütlük İrana köçüblər və son dövrə qədər orada yaşayıblar.

Hər il yayda onlar Suraxanıya qohumlarının yanına qonaq gəliblər. İtkin düşmüş Aynurə Ələkbərlinin qohumları bildiriblər ki, keçən il Aynurə geri qayıtmaq istəmirdi, onun sözlərinə görə orada olan vəziyyətdən narazı idi. Amma qohumları onu qayıtmağa məcbur ediblər, əks təqdirdə ailəsinin dağılacağını deyiblər.

Bu il Aynurə əri və uşaqları yenə də Bakıya qonaq gəlib. Amma geri qayıtmaq ərəfəsində qadın sənədləri, pulu və uşaqlarını götürüb evdən qaçıb.

Onların yeri məlum deyil.