backend

TƏCİLİ!!! Kremldən Bakıya SENSASION proje: Oliqarx uşaqları hakimiyyətə gəlir...

TƏCİLİ!!! Kremldən Bakıya SENSASION proje: Oliqarx uşaqları hakimiyyətə gəlir...

Putinin hakimiyyətə gəlişindən sonra Yeltsin dövrünün oliqarxları bir-biri sıradan çıxarıldıqları kimi onların törəmələri də tədricən Rusiyanı tərk etdilər

Ulus.Az xəbər verir ki, onların yerini isə hazırda Kremlə yaxın oliqarxların törəmələri tutur. Belələrinin bir çoxu heç 40 yaşlarını haqlamadan milyarderə çevriliblər.

Oliqarxların uşaqları ali məktəbləri bitirən kimi dərhal iri şirkətlərdə və dövlət korporasiyalarında yüksək vəzifələr tuturlar.

Bir-iki pillə yüksələndən sonra vitse-prezident vəzifəsi və ya rəhbərliyə yaxın olan digər postlar əldə edirlər.

Kremlə yaxın bütün oliqarxlar və iri məmurlar sistemli şəkildə öz törəmələrini sanballı vəzifələrə yerləşdirirlər. Beləliklə də atalarının istefaya gedəcəyi halda onları əvəzləyən yeni elita formalaşdırılır.

Analitik yazır ki, əslində bunda yeni və təəcüblü heç nə yoxdur. Bütün dövlərdə həmişə siyasi və iqtisadi elita öz törəmələrini ən pullu, ən mühüm vəzifələrə yerləşdirməyə çalışıblar. Məsələ ondadır ki, güclü dünyanın uşaqlarının yüksək mövqeləri tutması sanballı qohumları və valideyinləri olmayanlar üçün sosial lifti kəsməli deyil.

Ulus.Az xəbər verir ki, oxşar ssenari Azərbaycanda da həyata keçirilir. Bu təbii prosesdə özünü yaxşı tərəfdən göstərə bilən, savadlı və Qərb təhsilli gənclər hakimiyyət postlarında yer almaq imkanları əldə edəcək.

Moskvadan Bakıya transformasiya olunan proses qoca və korrupsiyaya bulaşmış məmurların sistemdən kənarlaşdırılması ilə müşayiət oluna bilər.

Məsələn, baş nazir Artur Rasizadədən tutmuş Bakı meri Hacıbala Abutalıbova qədər bir sıra yaşlı məmurların istefa zamanıdır.

Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyatın da həvalə olunması məhz siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü deməyə əsas verir. İqtidar gənc kadrlarla yeni idarəçilik sisteminə keçid etməyə hazırlaşır.

Dövlət orqanlarında gənc kadrların işə qəbul olunması, vəzifədən gedənlərin yerinə cavan nəsildən olan məmurların təyin olunması prezident İlham Əliyevin komandasını gənclərlə yürütmək istədiyini ehtiva edir.

ASAN Xidmət, poçtların ləğv olunub yeni sistem yaradılması, vitse-prezidentlik institutu yeni idarəçilik modelinin ilkin qaranquşlarıdır. Ümumiyyətlə, Azərbaycan hakimiyyəti gəncləşir.

Nazirlər Kabinetində, icra hakimiyyəti strukturlarında müasir texnologiyadan bixəbər, qocalar evinə yararlı məmurlar yola salınacaq. Onlar dövlət başçısının siyasi-iqtisadi reformalarına maneçilik törədir və islahatların tempinə uyğunlaşa bilmirlər.

İ.Əliyev islahatçı və reformist siyasətini gücləndirmək, böhran illərində izafi xərcləri azaltmaq, korrupsiyanın kökünün kəsilməsinə mane olan, tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasətini qarşıda prioritet məsələlər kimi qoyub.