Azərbaycan futbolunda yeni tarix yazılıb. Bu tarixin müəllifi isə son illər futbolumuzdakı bütün ilklərin müllifi "Qarabağ" olub.
Ağdam təmsilçisi Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazanan ilk Azərbaycan klubu olub. "Qarabağ" turnirin "play-off" mərhələsində Danimarkanın "Kopenhagen" klubunu mübarizədən kənarlaşdırıb. İlk oyunda 1:0 hesablı qələbə qazanan Qurban qurbanovun yetirmələri cavab matçında məğlub olub - 1:2. Səfər qolu hesabına qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ" adını Avropanın ən güclü 32 komandası arasına yazdırıb.