backend

SON DƏQIQƏ!!! Daha bir MƏMUR OĞLU DƏHŞƏTLİ qəza törətdi: 2 nəfər öldü, 3 ağır YARALI - FOTO

Bakıda ağır yol qəzası baş verib.

QAYNARXETT.AZ salamnews-a istinadən xəbər verir ki, hadisə paytaxtın Səbail rayonu ərazisində Salyan şosesində baş verib.

Belə ki, yolda hərəkətdə olan "Subaru" və "Mercedes" markalı avtomobillər toqquşub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır xəsarət alıb. Hadisə ilə əlaqədar yolda böyük tıxac yaranıb. Hazırda yol polisləri ərazidə avtomobillərin hərəkətinin bərpasına və tıxacın aradan qaldırılmasına çalışırlar.

SalamNews-un əldə etdiyi məlumata görə, qəzada ölənlərin biri Bakı şəhər Baş Polis İdarəsi mətbuat xidmətinin rəhbəri Qalib Rəhimovun oğludur.

Hazırda faktla bağlı araşdırma aparılır.