backend

“Azərbaycan pasportunu yandırmağa hazır olanlar vəzifəyə necə və kimlər vasitəsilə yerləşdirilib? - Deputatdan DTX-ya ÇAĞIRIŞ

“Azərbaycan pasportunu yandırmağa hazır olanlar vəzifəyə necə və kimlər vasitəsilə yerləşdirilib? - Deputatdan DTX-ya ÇAĞIRIŞ















Milli Məclisin deputatı Fazil Mustafa Azərbaycanda rəsmi vəzifə tutan məmurun - Laçın rayon İcra Hakimiyyətinin hüquq şöbəsinin müdiri Fizuli Tanirverdiyevin sosial şəbəkələrdə İraq Kürdüstanında keçirilən referenduma haqq qazandırmasını pisləyib.

Modern.az-ın məlumatına görə, deputat bu haqda belə deyib:

“Azərbaycanın mühüm dövlət qurumlarından biri olan rayon icra hakimiyyətində məsul vəzifəyə yerləşdirilmiş militan deyir ki, “məni işdən müstıqil Kürdüstana görə çıxarsanız, mən də gedib Azərbaycan pasportumu yandıracağam”.
Yəni müstəqil Kürdüstan naminə Azərbaycan pasportunu yandırmaq (ardınca Azərbaycan bayrağını yandırmaq gəlir, himnimiz oxunanda dalını çevirmək gəlir, qondarma Dağlıq Qarabağın müstəqilliyini dəstəkləmək gəlir) ideyası illərlə formalaşmış düşüncədən xəbər verir və buna oldu-bitdi kimi yanaşa bilmərik. Bu, bizim dövlətimiz üçün gözlənilən təhlükə simptomlarından biridir.
İndi görək təhlükəsizlik orqanları aydınlaşdıra biləcəklərmi hansı qurumlarda Ermənistan üçün və ya Rusiya üçün, yaxud İran üçün, ABŞ üçün Azərbaycan pasportunu yandırmağa hazır olan şərəfsizlər necə və kimlər vasitəsilə yerləşdirilib?
Öz millətini, xalqını sevmək hər kəsin haqqıdır, hətta şərəf borcudur. Ancaq bu sevgini bəhanə edib, Azərbaycan dövlətinin dəyərlərinə, milli maraqlarına qarşı tərbiyəsizlik etmək yolverilməzdir və bunun qarşısını hamılıqla almalıyıq”.