backend

ŞOK: Raqub Məmmədovun ifadə verməkdən yayındığı Bakı Ağır Cinayətlər Məhkəməsinə məcburi gətirilməsindən ötrü Ağdam Polisinə rəsmi məktub göndərildi

ŞOK: Raqub Məmmədovun ifadə verməkdən yayındığı Bakı Ağır Cinayətlər Məhkəməsinə məcburi gətirilməsindən ötrü Ağdam Polisinə rəsmi məktub göndərildi













3 oktyabr saat 15:00-da təyin olunmuş Ağdamın icra başçısı 2014-cü ilin aprel ayının 24-nə qədər keçmiş MTN-nin Tərtər şöbəsinin rəisi işləmiş hətta təltifdə olunan aqronom polkovnik Raqub Məmmədovun (xatırladaq ki, onun dövlətin təhlükəsizliyinə bir başa cavabdeh olduğu Tərtər rayonunda yaşadığımız aylarda ermənilərə uzun illər işləmiş mülkü şəxslərində daxil olduğu xəyanatkar casus şəbəkə ifşa edilmiş həbs olunaraq zərərsizləşdirilmişlər, hazırda da istintaqları gedir. Tərtərdə çekistliklə yox özünün bildiyi işlərlə məşğul olan bu başabəla aqronom polkovnik ona veriləcək suallardan yəqin ki, yayına bilməyəcəkdir) Birbaşa təşkilatçısı olduğu və ilkin istintaqa ifadə verdiyi bir qrup Ağdam sakininin pullarını işə düzəldəcəyi vədini verərək mənimsəmiş Raqub Məmmədovun təşkilatçısı olduğu və bir başa adı keçən cinayət işi ilə əlaqədar həbs edilmiş xəbər portalımızın təsisçisi və Baş redaktoru Teylor Fətişoğlu İbrahimovun hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən növbəti məhkəmə iclası təxirə salınmışdır. Cinayət işinin bir başa təşkilatçısı olan ilkin istintaqa şahid ifadələri vermiş zərərçəkənlərin də israrla məhkəmədə ifadə verməsini tələb etdikləri Raqub Məmmədovun məhkəməyə gətirilməsini təmin etmək üçün Ağdam rayon polis idarəsinə rəsmi məktub göndərilməsi qərarı qəbul edilməsi, zala gətilən Baş redaktorumuz tərəfindən də razılıqla qarşılanaraq, tutduğu ədalətli, prinsipial mövqeyə görə hakimə və məhkəmə üzvlərinə dövlət ittihamçısı olan prokurora da minnətdarlığını bildirdi. Xatırladaq ki, məhkəmə iclasında iştirak edən Yeni Müsavat qəzetinin Kamran adlı əməkdaşı da hadisələrin şahidi olmuşdur.

P.S Hörmətli həmkarlar xaiş edirik bu xəbəri dərc edəsiniz, öncədən təşəkkürlər edirik!

İdeologiya.az