backend

Bu gündən etibarən gecə uzanacaq, gündüz qısalacaq

Bu gündən etibarən gecə uzanacaq, gündüz qısalacaq






















Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Xalq arasında uzun illərin müşahidələri əsasında formalaşan qeyri-rəsmi təqvimə görə, sentyabrın 22-nə keçən gecə Azərbaycanda payız fəsli başlayıb.

qaynarxett.az Modern.az-a istinadən xəbər verir ki, sentyabrın22-nə keçən gecə həm də payız gecə-gündüz bərabərliyi baş verib. Yəni gecə ilə gündüz sutkanı yarıbayarıya – hər birinə 12 saat olmaqla – bölüblər.

Sentyabrln 22-dən başlayaraq gecə uzanacaq, gündüz qısalacaq.

Yer oxunun ekvator müstəvisinə meylliliyi gecə və gündüzün qeyri-bərabər olmasına, fəsillərin yaranmasına səbəb olub. Yerin Günəş ətrafında hərəkəti ilə bağlı olaraq illər, fəsillər əmələ gəlir. İstilik, işıqlanma və iqlim qurşaqları yaranır. Canlıların həyatında böyük dəyişikliklər baş verir.

Qeyd edək ki, ildə bir dəfə payız gecə-gündüz bərabərliyi, bir dəfə isə yaz gecə-gündüz bərabərliyi baş veriri. Yaz gecə-gündüz bərabərliyi martın 21-nə təsadüf edir.

Dədə-babalarımız da tarixən payızın başlanğıcını elə bu gündən hesablayıblar...