backend

Suriya kürdləri İD hücumlarından Türkiyədə imdad tapır – FOTO

Suriya kürdləri İD hücumlarından Türkiyədə imdad tapır – FOTO






























İslamçılar tanklar da daxil olmaqla ağır texnikadan istifadə edirlər.

Türk hakimiyyəti, ölkəyə qaçqın axınından sonra, Suriya ilə sərhəddə bir neçə nəzarət-keçid məntəqələrini bağlayıblar.

qaynarxett.az BBC-yə istinadən xəbər verir ki, son iki gün ərzində Türkiyəyə, “İslam dövləti”nin hücumlarından xilas olan 70 min suriyalı kürd gəlib.

Bazar günü türk təhlükəsizlik xidmətləri və qaçqınlar arasında qohumlarını tapmağa çalışan kürdlər ilə qarşıdurmalar olub.

Bəzi kürdlər isə əksinə Suriyanın ərazisinə keçib döyüşlərdə iştirak etmək istəyiblər.

Qruplaşma Kobani şəhəri tərəfində hücum edib, məlumata görə islamçılar tanklar da daxil olmaqla ağır texnika istifadə ediblər. Yaraqlıların qəddarlığı barədə də xəbərlər daxil olur.

Suriya kürdləri İD hücumlarından Türkiyədə imdad tapır – FOTO