backend

Azərbaycan XİN-dən türk diplomatlarla bağlı - AÇIQLAMA

Azərbaycan XİN-dən türk diplomatlarla bağlı - AÇIQLAMA






















“XİN Türkiyə xalqını təbrik edir, ən xoş arzularını çatdırır”.

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi İraqın Mosul şəhərindəki Türkiyə Baş Konsulluğunun girov götürülmüş əməkdaşlarının və onların ailə üzvlərinin girovluqdan azad edilməsini alqışlayır.

qaynarxett.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin açıqlamasında deyilir.

“Azərbaycan XİN Baş Konsulluğun əməkdaşlarını, onların ailə üzvlərini və qardaş Türkiyə xalqını təbrik edir, ən xoş arzularını çatdırır”,- deyə açıqlamada vurğulanıb.