Bu gün səhər saatlarından “Bakı Metropoliteni”ndə sərnişin sıxlığı müşahidə olunur. Mənzil başına vaxtında çata bilməyən sərnişinlər bundan şikayətlənirlər.
Məsələ ilə əlaqədar “Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev oxu.az-a bildirib ki, bu gün səhər saat 6:00-dan depodan çıxan qatarların qəbulundakı gecikmə bir sıra problemlərə yol açıb. Amma problem tezliklə aradan qaldırılıb. Hazırda qatarlar arasında interval normaldır.