backend

Ölümə aparan yollar

Ölümə aparan yollar






















Təcili yardım həkimləri bir çox hallarda ünvanı tapmaqda çətinlik çəkir.

Şər deməsən xeyir gəlməz.

qaynarxett.az AzNews.Az-a istinadən xəbər verir ki, bu deyim çoxlarımızın yeri gəldi, gəlmədi işlətdiyimiz ifadədir.

Amma təəssüf ki, atalar sözü kimi dillər əzbəri olan bu deyim, özünü doğrultmur. Çünki adətən danışdığımız şərin, arxasınca xeyir gətirməsinə şahid olmamışıq. Söhbət xeyir və şərdən düşmüşkən, paytaxtımızda tez-tez təkrarlanan vəziyyət diqqətimizi çəkir.

Vay o günə ki, birinin halı pisləşə və ya bir yerdə qəza ola. İçində az da olsa, mərhəmət hissi yaşayan şəxs həmin adama köməklik etməyə çalışır. Təbii ki, ilk çabası, mobil telefonla təcili yardım çağırmaq ola bilər. Təcili yardım həkimləri bir çox hallarda ünvanı tapmaqda çətinlik çəkir, yaxud saatlarla tixaclarda qalmaq məcburiyyətilə üzləşirlər.

Şəhərin küçə və prospektlərini göstərən lövhələrin olmaması, yaxud görünməyən yerlərdə quraşdırılması qeyd etdiyimiz problemləri yaradan səbəblərdəndir. Bu zaman təcili yardım “briqada”sı gedəcəyi ünvanı şəhər sakinlərindən soruşmaqdan başqa çarə tapmır. Həmin şəxs ünvanı səhv deyəndə daha ciddi faciələr yaşamaq ehtimalı artır. Ünvana çatanda isə çox vaxt nəinki ilk yardıma, heç son yardıma da ehtiyac qalmır. Bu, az qala hər gün rastlaşdığımız problemlərdən biridir. Problemə bir az geniş müstəvidə baxsaq, görərik ki, belə vəziyyətlərdən təkcə vətəndaşlarımız deyil, hətta ölkəmizə turist kimi təşrif buyuranlar da əziyyət çəkirlər. Nəticədə sadə və asan yolla həll oluna bilən problem vətənimizin gözəlliyini seyr etmək fikrinə düşən əcnəbiləri, düşüncəsindən xeyli uzaq salır. Eyni vəziyyəti digər hadisələrə də şamil etmək mümkündür. Məsələn, yanğın və digər qəza olaylarında yanğınsöndürən maşınların və xilasedici qrupların vaxtında çatmaması ciddi fəsadlara, hətta ölüm hallarına gətirib çıxardır.