Dağıntılar altında daha 3-4 nəfər var.Bu gün səhər saat 07.00 radələrində Xırdalanda məcburi köçkünlərin məskunlaşdığı 4 mərtəbəli binadakı mənzillərdən birində baş verən güclü partlayışın səbəbi məlum olub.
Qaynarxett-un xəbərinə görə, AzVision.az-ın hadisə yerində olan əməkdaşı məlumat verir ki, ilkin ehtimala görə partlayışa qaz sızması səbəb olub.
Bildirilir ki, dağıntılar altında daha 3-4 nəfər var. Hazırda onların xilas edilməsi istiqamətində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları çalışır.
Bu dəqiqələrdə 9 yaşlı Ayxan Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən xilas edilərək təcilli tibbi yardım həkimlərinə təhvil verilib.
Eyni zamanda ərazidə FHN-in xeyli sayda texnikası, canlı qüvvəsi və təcili tibbi yardım maşınları var. Məlumata görə, FHN-in xüsusi itləri də cəlb olunub.