backend

`Vita` apteklərində AÇIQ-AŞKAR DƏLƏDUZLUQ... - FOTOFAKT

Bakıda apteklərdə dərmanların fərqli qiymətlərə satılması ilə bağlı növbəti dəfə şikayətlər var. İddia olunur ki, “Truksal” dərmanının satış qiyməti bir aptekdə 17.38 AZN, digərində isə 37 AZN-dir. Bu barədə sosial şəbəkə hesabında jurnalist Zamirə Dadaşova paylaşım edib.

O bildirir ki, sözügedən dərmanın paytaxtdakı aptek şəbəkələrində təklif olunan qiymətləri arasında 20 manat fərq var: “Bu özbaşınalıq nə zaman sona çatacaq? Həyatımız xəstəliklərlə, dərmanlarla zəhərlənib gedir... İnsafınız olsun, 17 manatlıq dərmanı 37 manata satmaq nə deməkdir?! O17 manatdan zatən qazanırsınız. 20 manat da əlavə qazanmaq istəyi nədir axı? Qorxmursunuz qanunlardan?”

Z. Dadaşova eyni gündə iki fərqli aptekdən alınmış dərmanın qəbzlərini də paylaşıb. Qəbzlərdən də aydın oluir ki, Nərimanov rayonunda "Loğman" aptekdə 17.38 manat olan dərman Xəzər rayonu, Mərdəkan qəsəbəsindəki "Vita" aptekdə 37 manata satılır.

dia-az.info


`Vita` apteklərində AÇIQ-AŞKAR DƏLƏDUZLUQ...
`Vita` apteklərində AÇIQ-AŞKAR DƏLƏDUZLUQ...
`Vita` apteklərində AÇIQ-AŞKAR DƏLƏDUZLUQ...
`Vita` apteklərində AÇIQ-AŞKAR DƏLƏDUZLUQ...