backend

TƏCİLİ!!! Rusiya Xarici İşlər Nazirliyi QARABAQ barədə elə GÖZLƏNİLMƏZ açıqlama verdi ki...

TƏCİLİ!!! Rusiya Xarici İşlər Nazirliyi QARABAQ barədə elə GÖZLƏNİLMƏZ açıqlama verdi ki...

Rusiya prezidenti Vladimir Putin onunla Dağlıq Qarabağı müzakirə etmək istəyən türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşə əliboş qatılmayacaq.


İstiPressin məlumatına görə, bu barədə politoloq Elxan Şahinoğlu öz “Facebook” səhiəsində bildirir.
Elxan Şahinoğlu bu fikrə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın bu gün keçirdiyi brifinqdə vurğuladığı açıqlama əsasında gəldiyini bildirir.
"Mariya Zaxarova deyib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı müxtəlif formatlarda təmaslar istisna deyil, bunun üzərində işlənilir. Bu cümlə iki hissədən ibarətdir. Birinci hissədə ona işarə edilir ki, vacib deyil ki, münaqişənin həlli ilə məhz ATƏT-in Minsk Qrupu həmsədrləri məşğul olsun, məsələn Türkiyə ilə də bu mövzuda dərin müzakirələr mümkündür. İkinci hissədəki “üzərində işlənilir” ifadəsinə gəldikdə isə görünür Rusiya münaqişənin həlli məqsədilə ona münasib şərtləri müəyyənləşdirir. Başqa sözlə, Rusiya prezidenti Vladimir Putin onunla Dağlıq Qarabağı müzakirə etmək istəyən türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşə əliboş qatılmayacaq".

Qeyd edək ki, Elxan Şahinoğlu daha öncə bildirmişdi ki, Vladimir Putin Rəcəb Tayyib Ərdoğanla görüşü zamanı Azərbaycanın Avrasiya İttifaqına və KTMT-yə daxil olmasını tələb edəcək: "İnandığım etibarlı qaynaqdan əldə etdiyim məlumata görə, Rusiya prezidenti Vladimir Putinin türkiyəli həmkarı Rəcəb Təyyub Ərdoğanla görüşü ərəfəsində Dağlıq Qarabağ ətrafındakı 5 rayonun qeyd-şərtsiz azad olunması ilə bağlı Azərbaycan qarşısında 3 şərti var. Birinci şərt: Azərbaycan Avrasiya İqtisadi Birliyinin üzvü olmalıdır. İkinci şərt: Azərbaycan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının üzvü olmalıdır. Üçüncü şərt: Dağlıq Qarabağda Rusiyanın sülhməramlı qüvvələri yerləşdirilməlidir".
Politoloq vurğulamışdı ki, bunlar çox ağır şərtlərdir:

“Birinci şərti müəyyən istisnalarla yerinə yetirmək mümkündür, o biri iki şərt Azərbaycanın təhlükəsizlik maraqlarına ziddir. Başqa məlumatlar da var”.


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya dövlət başçısı Vladimir Putin arasında görüş 13 noyabrda Soçidə keçiriləcək.
qaynarxett.az