backend

Məşhur modelyerin bu sözləri ÖLKƏNİ AYAĞA QALDIRDI - "Nə şəhid, nə meyit, heç biri vecimə deyil"

 Məşhur modelyerin bu sözləri ÖLKƏNİ AYAĞA QALDIRDI - "Nə şəhid, nə meyit, heç biri vecimə deyil"

Məşhur türkiyəli modelyer Nur Yerlitaş təzyiqlərə məruz qalıb.

BiG.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, rəfiqəsinin doğum gününə qatılan N.Yerlitaş sosial şəbəkə hesabından canlı yayım edərək şəhidlərin ruhunu təhqir edib. O, "Nə şəhid, nə meyit salmısız, heç vecime deyil" kimi sözləri haqlı olaraq vətəndaşların etirazına səbəb olub.

Onu bu hərəkətinə görə sənət yoldaşları da qınayıb. Müğənni İsmail Türüt Nura çox sərt reaksiya göstərək onu "yazıq" adlandırıb:

"Mənim də dayım şəhid olub. Şəhidlik uca zirvədir. Bunu dərk etməyən Nur Yerlitaş yazığın biridir. Adı Nurdur, amma nursuz qadındır. Onun adı dəyişdirilməlidir, Nursuz olmalıdır. Soyadı da Yerlitaşdır, belə qadın bizimyerlimiz ola bilməz. Onun şəhidlər haqqında söylədiyi sözlər nə adına, nə də soy adına yaraşmadı. Onu şiddətlə qınayıram".

İ.Türüt daha sonra üzünün Nur Yerlitaşa tutaraq bu sözləri eyib:

"O şəhidi dünyaya gətirən də qadındır, sən də bir qadınsan. Belə həssas məqamlara diqqət etməlisən".