backend

İKİ QOL-QANADINI itirən Qazaxın icra başçısının ili QARA gəldi - Video

İKİ QOL-QANADINI itirən Qazaxın icra başçısının ili QARA gəldi - Video

Qazaxın icra başçısı Rəcəb Babaşovun istefası gündəmə gəlib

İki nazirin arxasından çəkilməsi onu çətinə salıb.


R.Babaşov Vergilər Nazirliyində İri Vergi Ödəyiciləri Departamentinin rəisi olub. O, sabiq vergi naziri Fazil Məmmədovun adamıdır.

R.Babaşov həm də keçmiş nəqliyyat naziri Ziya Məmmədovla qohumdur. Sabiq nazirin qardaşı oğlu ilə quda olan Qazaxın icra başçısı vəzifəsini itirə bilər.

Eks-nazirin qardaşı oğlu R.Babaşovun qızı ilə ailə həyatı qurub. Amma vaxtilə iki nazirlə qohumluq əlaqələri ilə qürur duyan, onlara arxayın olan Qazaxın icra başçısı üçün 2017 qara gəldi.

Bir il ərzində hər iki nazirin vəzifədən çıxarılması Qazaxın icra hakiminin işdən azad olunması ilə nəticələnə bilər.

Mətbuatda gedən xəbərlərdə R.Babaşov həm də Dəmiryol İdarəsinin rəisi Cavid Qurbanovun “kassiri”, pulyığanı kimi təqdim olunub.

R.Babaşov medianın gündəminə əsasən doğulduğu Sabirabad rayonunda, paytaxtda, ölkənin bir çox regionlarında və hətta xaricdə belə sahib olduğu sərvəti ilə gəlib.

Mətbuatda gedən yazılara görə, R.Babaşovun MTN generalları ilə münasibətini Vergilər Nazirliyinin Vergi Cinayətlərinin Təhqiqi Departamentinin rəisi, hazırda “MTN işi” ilə bağlı həbsdə olan Vidadi Məmmədov yaradıb.

Xəzər rayonu ərazisində MTN rəhbəri Eldar Mahmudova məxsus villanın xərcinin bir hissəsini R.Babaşov tərəfindən ödənildiyi iddiaları var.

Bakı Vergilər Departamentində rəis müavini işləmiş R.Babaşov nəinki paytaxtda hətta regionlarda da böyük biznes imperiyasının olması ilə tanınan oliqarxlardan biridir.

Onun şəxsi mülkiyyətində olan avtomobillərin bütün seriya nömrələri 077 ilə bitir. Bakıda «077» adlı xeyli sayda pristijli avtoyuma məntəqələri, ticarət obyektləri, restoranları var.

Palitika.Az-a daxil olan xəbərə görə, 15 dekabr testindən sonra Qazax RİH-nin fəaliyyətinə qiymət veriləcək.

Belə görünür ki, sərhəd rayona yeni rəhbər təyin olunacaq. Hər iki “krişası”nı itirmiş icra başçısı da çamadan ab-havasındadır.

Ziya Məmmədova yaxın olan bütün kadrlar “vurulur”lar, eləcə də Fazil Məmmədovun ətrafı təmizlənməyə başlanacaq. Bu baxımdan R.Babaşovun heç bəxti gətirməyib.

Mətbuatda gedən yazılara görə, Qazax İcra Hakimiyyətinin işçiləri utandıqlarından bir birinin üzünə baxa bilmir.

Çünki hər birisi müxtəlif formada Rəcəb Babaşov tərəfindən çox kobud şəkildə təhqir olunub alçalıblar. İcra hakimiyyəti işçiləri Qazax şəhər sakinlərinin müzakirə predmetinə çevrilib.

Sakinlər kimin nə cür və hansı formada təhqir olunduğunu dəqiqliyi ilə bilirlər. RİH işçilərindən birinin mətbuatda çap olunmuş məktubundan sitat:

“Rəcəb Babaşov tutdurmaqla təhdid edir, müşavirələr zamanı kollektiv içində nəlayiq sözlərlə təhqir, iclas zalından söyüşlə «rədd ol gözüm səni görməsin» «alçaq» «kəs səsini əskik» «qanmaz» və başqa ifadə olunması eyib bildiyim üçün qeyd etmədiyim bu cür ifadələr onun idarəçilik prinsiplərində öz əksini tapmışdır.

Hətta sənin cibinə, maşınına narkotik atdırıb tutduraram sözləridə bir neçə dəfə Rəcəb Babaşov tərəfindən səslənib.

İclas zamanı ayağa durquzub söz soruşduğu şəxsi yaş həddini və səhhətini nəzərə almadan qəsdən saatlarla ayaq üstə saxladır. Şəxs icazəsiz oturduğu üçün onu təhqir edib zaldan qovur”.

Prezident isə dəfələrlə bildirib ki, məmurlar sadə olmalı, xalqla işləməli, əhalinin problemləri ilə maraqlanmalıdırlar. Amma bu il yutubda yayılmış video R.Babaşovun necə sadə olduğunu göstərir. İcra başçısının avtomobili yolun əks istiqaməti ilə gedərək heç kəsi saymır, qəza riski yaradır.

Qaynarxett.az