backend

Təcili!!! İRANIN MƏKRLİ İC ÜZÜ - Bakı İkinci Qarabağ münaqişəsi ilə ÜZ-ÜZƏ...

Təcili!!! İRANIN MƏKRLİ İC ÜZÜ - Bakı İkinci Qarabağ münaqişəsi ilə ÜZ-ÜZƏ...
Tehran cənubda İkinci Qarabağ münaqişəsi törətməyə çalışır

Xəzər bərabər yox, ədalətlə bölünəcək? İstiPress-in məlumatına görə, Rusiyanın analitik informasi ya portalı “Rosbalt” Xəzərin statusunun müəyyən edilməsi məsələsində razılığa gəlinməsi ilə bağlı yayılan xəbərlərin şərh edildiyi məqaləyə bu cür başlıq qoyub.

Məqalədə bildirilir ki, İran Xəzərin dibinin 5 dövlət arasında bərabər bölünməsinə təkid edir və özünə 20 faiz pay istəyir. Xəzərin ümumi sahəsi 371 min kvadrat kilometrdir və İran özünə təxminən 75 min kvadrat kilometr tələb edir. 1930-cu illərdə SSRİ ilə İran arasında əldə edilən anlaşmaya görə, Xəzər göl kimi bölünmüşdü və İran Xəzərdə 13 faiz, yəni təxminən 48 min kvadrat kilometr paya malik idi. Həmin vaxt İranın həm də Xəzərdə hərbi gəmi saxlamağa icazəsi yox idi.
İndi SSRİ yoxdur və İran Sovet İttifaqının varisi Rusiyanın məsələlərə göz yumması hesabına əlavə olaraq 27 min kvadrat kilometr ərazi istəyir. Qazaxıstan, Rusiya və Azərbaycan arasında Xəzər sərhədlərinin delimitasiyası ilə bağlı 2003-cü ildə bağlanmış sazişlər nəzərə alındıqda, İranın iddia etdiyi artıq ərazinin yarısını Azərbaycandan qoparmaq istədiyini anlamaq olar. Çünki Qazaxıstan, Rusiya və Azərbaycan öz dəniz ərazilərini orta xətt üzrə bölüblər. Bu cür bölgüyə əsasən ən böyük ərazi Qazaxıstanın payına düşür. Türkmənistan, Rusiya və Azərbaycan təxminə 20 faiz, İran isə 13 faiz pay ala bilir.

Təcili!!! İRANIN MƏKRLİ İC ÜZÜ - Bakı İkinci Qarabağ münaqişəsi ilə ÜZ-ÜZƏ...
Beləliklə, İran Azərbaycandan 13,5 min kvadrat kilometr sualtı ərazi qoparmaq istəyir ki, bu, Ermənistanın Qarabağda işğal etdiyi Azərbaycan torpaqları qədərdir. Yəni İran Xəzərdə Azərbaycan üçün İkinici Qarabağ işğalı planlaşdırır. Məqsəd isə hətta Lənkərandan xeyli yuxarı, Ələtin qarşısında yerləşən “Alov” yatağını ələ keçirməkdir. SSRİ dağılandan sonra İran 1930-cü il anlaşmasını birtərəfli qaydada pozaraq Xəzərdə hərbi gəmilər saxlamağa başlayıb və 2003-cü ildə həmin gəmilər Azərbaycanın “Alov” yatağına hücum etmişdilər. İran katerləri raket ataraq Azərbaycanın tədqiqat gəmisini vurmuşdular, Azərbaycan tərəfdən yaralanan da olmuşdu. Hətta İran Azərbaycanı müharibə ilə hədələyirdi, Türkiyənin işə qarışmasından sonra Tehran geri çəkilməli oldu. İranın bu beynəlxalq prinsiplərə ziddi addımını Tehranın Qarabağı işğal etmiş ermənilərə dəstək verməsindən başqa heç cür adlandırmaq olmur.

Təcili!!! İRANIN MƏKRLİ İC ÜZÜ - Bakı İkinci Qarabağ münaqişəsi ilə ÜZ-ÜZƏ...
Xəzərdə ölkələrin təklif etdikləri bölgü variantları, mənbə: The Economist
Dənizin “ədalətli” bölünməsinə çağıran Türkmənistan isə orta xəttin çəkilməsində Abşeron yarımadasını nəzərə almamağa çağırır. Onda əsas hissəsi Azərbaycanın ərazisində yerləşən “Kəpəz” yatağı Türkmənistanın ərazisinə çevrilmiş olur. Türkmənlər yatağa hətta «Sərdar» adı verərək beynəlxalq investorlar cəlb etməyə çalışırlar. Təbii ki, Bakı Aşqabadı bu cür addımın əraziyə müdaxilə kimi qəbul ediləcəyi barədə məlumatlandırıb.
Azərbaycan, təbii ki, İranın və Türkmənistanın bu iddiaları ilə razılaşmayacaq. Buna görə də Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban İstiPress-ə müsahibəsində problemin tezliklə çözülməyəcəyini bildirib
:Təcili!!! İRANIN MƏKRLİ İC ÜZÜ - Bakı İkinci Qarabağ münaqişəsi ilə ÜZ-ÜZƏ...
"Mən düşünürəm ki, Xəzərin dibi ilə bağlı heç bir ciddi addım atılmayacaq. İran, Türkmənistan və Azərbaycan sadəcə ekoloji məsələlərdə, balıq resurslarının istifadəsi və s. kimi məsələlərdə anlaşacaqlar. Dənizin dibinin bölünməsi açıq qalacaq".

Əslində, bu məsələnin həllinin sonraya qalması daha məntiqlidir. Çünki zaman göstərir ki, Türkmənistanın indiki rəhbərliyi əvvəlkindən daha konstruktivdir. İranın indiki rəhbərliyi də Azərbaycana və azərbaycanlılara qarşı daha konstruktiv yanaşır. Məsələn, indiki prezident Ruhani öz fars olsa da, hətta seçki qabağı kampaniyada Azərbaycan türklərinə özh dilində təhsil imkanı yaradacağına, yəni türk dilini İranın ikinci rəsmi dilinə çevirəcəyinə söz vermişdi. Təbii ki, bu məsələni prezident yox, parlamentin 65 faizini təşkil edən fars mənşəli deputatlar həll etməlidirlər. Amma istənilən halda, Ruhaninin bunu vəd verməsi bu məsələdə yumşalma olmasının göstəricisidir.

Buna görə də müəyyən müddətdən sonra İran və Türkmənistan liderlərinin Xəzərin statusu məsələsində də qərəzsiz mövqe tutacağına ümid etmək olar. Bu məsələdə səbr ən əlverişli strateji yanaşma ola bilər.

Qaynarxett.az