backend

Donetskdə Qırmızı Xaç Komitəsinin nümayəndəsi həlak olub

Donetskdə Qırmızı Xaç Komitəsinin nümayəndəsi həlak olub






















“Faciəvi insident baş verib”.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) nümayəndəsi, İsveçrə vətəndaşı Ukraynanın Donetsk şəhərinin mərkəzinin atəşə tutulması zamanı həlak olub.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, bu barədə qondarma “Donetsk Xalq Respublikasının” nümayəndəsi bildirib.

Hadisə yerində olan xilasedicilərdən biri “Frans Press”ə bu məlumatı təsdiqləyib.

Hadisədən sonra BQXK-nın “Tvitter” səhifəsində belə bir yazı dərc olunub:

“Bizim Ukraynanın Donetsk şəhərindəki ofisimizdə faciəvi insident baş verib. Biz faktları araşdırırıq”.

Bundan əvvəl, Aİ Donetskin mərkəzində yenidən başlayan atışma ilə bağlı narahatçılığını bildirib.