(Həyətimizə dilənçi gəlmişdi) Bir an ayaq saxla dilənçi qardaş Deyim dərdlərimi say,dilənirsən Dilənçi günündə yaşayıram mən Sən də dilənçidən pay dilənirsən.
Nə insaf qalıbdır,nədə ki mürvət Ocaq qalamaqa qor tapammırıq Sən gəzib kəndləri pay dilənirsən Biz evdə yaməyə şor tapammırıq.
Bogulub zamanın məngənəsində Qaranlıq zindana düşüb yatan var Balası acından ölməsin deyə Namusun,ismətin,arin satan var
İncimə sözümdən dilənçi qardaş Hərə bir tərəfdə küllənir indi Həkim,müəllimi qul bazarında Şairi,alimi dilənir indi
Bir sən dilənsəydin nə vardı qardaş Aşıq sinəsində sazı dilənir Bu millətin işi Allaha qalıb Gəlini dilənir,qızı dilənir
Çagırıb Allahın adin köməyə Sən pay dilənirsən,mən haqq gəzirəm Sən pay dilənəndə nəsə verirlər Mənsə haqsızlardan haqq dilənirəm
Mənim də sən kimi dilənçi qardaş Çörəyim dagların daşından çıxır Haqqı soraqlayıb,qaqqı gəzirəm Haqsızlar qarşıma qoşunnan çıxır
Qucaqında körpə bir gəlin gördüm Dayanıb küçədə pay dilənirdi Hər gəlib-gedənə əl uzadanda Mənim saçlarıma qar ələnirdi
Ehtiyatla dilən dilənçi qardaş Bilirsən bu sözü deyirəm neyçün Bir gün deyəcəklər dövlətimizə Vergi verməlisən diləndiyinçün
Gəl gedək bir yerdə dilənək qardaş Düzələ bu haqsız dövran-çətin ki Bir gün deyəcəklər odur dilənir Mətləb Məmmədoglu-şair,dilənçi
MƏNƏ YALAN DANIŞ
Yalan danışan tanıdıqm bir adama
Mənə yalan danış,danış əzizim Hələ doymamışam yalanlarindan Köhnə yalanların yaddaşımdadı Bir azda ərz eylə qalanlarından
Mənə yalan danış elə yalan ki, Bir anlıq düşünüm məndə dərindən Danışa-danışa nəqədər varsa Gupa canımıza ,,Sənöllərindən,,
Yalanlar necədə yaraşır sənə Sən yalan deyəndə həzinləşirsən Özün də bilmirsən yalan deyəndə Neçə rəngə dolub gözəlləşirsən
Sənin yalanların şirin xatirə Yalan var dərd olur,can sökür qardaş Yalan var adamı atır odlara Yalan var ev yıxır,qan tökür qardaş
Düzə yer olmayıb heç vaxt həyatda Hər an quru odu yaşı yandırır Adam var düz deyib yaşaya bilmir Adam var yalanla baş dolandırır
İndi bu həyatda yaşamaq üçün Çoxu həüiüətin atır daşını Elə bir dövranda yaşayırıq biz Yalan həqiqətin kəsir başını
Yalan eşitməyə adət etmişik Qatıb başımızı yalan yeyənlər Yalan eşidirik gör neçə ildir Kürsüdə oturub yalan deyənlər
Bir bax tügyan edir yalan ölkədə Yalanlar önündə dayanmaq olmur Hakimlər yalançı olan ölkədə Yalan danışmasan dolanmaq olmur
Vətən nigarandi gör neçə ildir Guya qeydimizə qalan danışır Dünyanı yalanlar alıb agzına BMT-ATƏT də yalan danışır
Yaşıyıb tarixin daş yaddaşında Həmişə mənalı söz danışanlar Nəsə azalıbdır,dəhşətdirAllah Həqiqəti görüb düz danışanlar
Ancaq bir söz deyim,yaxşı qulaq as Yalançı həmişə imansız olur Bir gün bu dünyadan köçüb gedəndə Həyatı yalan tək mənasız olur