backend

Qadınlarımız da prezident seçkilərində İlham Əliyevə səs verəcək

Qadınlarımız da prezident seçkilərində İlham Əliyevə səs verəcək

Ölkəmizin həyatında çox mühüm əhəmiyyətə malik prezident seçkiləri cəmiyyətin birbaşa iradəsi və arzuları ilə bağlıdır.Bu sözləri saytımıza açıqlamasında YAP Binəqədi rayon Ərazi İlk Partiya Təşkilatının sədri, 9 saylı qadın məsləhətxanasının baş həkimi Tərifə İsgəndərova bildirib.

O, qeyd edib ki, əsası Ümummilli Liderimiz tərəfindən qoyulan müstəqil Azərbaycan dövləti bu gün onun ən layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi altında dünyanın diqqət mərkəzində olan bir ölkəyə çevrilib.
"Sözsüz ki açıq cəmiyyətin və demokratik prinsiplərin bərqərar olduğu ölkəmizdə qadın faktoru aparıcı mövqeyə sahibdir. Bu gün ölkəmizin ictimai-siyasi fəaliyətində qadınların rolu olduqca böyükdür. Ölkəmizin birinci vitse-prezidenti Heydər Əliyev Fondunun prezidenti YUNESKO və İSESKO-nun ölkəmizdəki xoşməramlə səfiri, Mehriban xanım Əliyevanın timsalında tam əminliklə deyə bilərik ki, Azərbaycan qadını öz layiq olduğu səviyyəyə yüksəlib. Milli mənəvi dəyərlərimizi dünyada ən layiqli formada tərənnüm edən Mehriban xanım Əliyeva Azərbaycan qadınının ən yüksək amallara xidmət etməklə yanaşı onun vacib missiyalarda tuta biləcəyi rolun əhəmiyyətini də ortaya qoymuş olub. Təbii ki, Azərbaycanımız inkişaf edir və bu inkişaf prezidentimiz İlham Əliyevin rəhbərliyi altında reallaşır.”
T.İsgəndərova Azərbaycanı İlham Əliyevin rəhbərliyi altında böyük bir gələcəyin gözlədiyini də diqqətə çatdırdı. Azərbaycanın sakit və təhlükəsiz bir ölkəyə çevrildiyini, Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında isə dövlətimizin dünyada ən qabaqcıl səviyyəyə yüksəldiyini vurğuladı. Bildirdi ki, qadınlar həmişə dövlətinə və dövlətçiliyinə dayaq olub. Bu seçkilərdə də biz İlham Əliyevə dəstək olmaqla bunu bir daha sübüt etmiş olacayıq.